Xavi: "Messi futbol tarixinin ən yaxşısıdır və bunun başqa adı yoxdur"

21.12.2017 | 3504 dəfə oxunub

"Barcelona"nın sabiq kapitanı Xavi Ernandes "El Clasico"dan bir neçə gün öncə katalon mətbuatına müsahibə verib.

Stadium.Az onun bəzi fikirlərini təqdim edir. 

"Real Madrid". Komanda La Liqa, Çempionlar Liqası və Superkuboku qazanıb. Bilmirəm, qazanılan uğurlar onları rahatlaşdırıb, ya yox. Titullar "Real"ı biraz arxayınlaşdıra bilər. Amma onları sıradan çıxarmaq çox çətindir.

Ernesto Valverde. Valverdenin oynatdığı futbolun ideyasını bəyənirəm. Fikrimcə, bir neçə il öncə "Barcelona" öz stilini itirmişdi. Hazırki məşqçinin ideyaları bizə xoş gələn fəlsəfəni təmsil edir.

"Barcelona"da məşqçi kimi çalışmaq. Valverdenin köməkçisi olmaq mənim fikrim deyil. Lakin bir sıra məşqçilər öyrənirəm. "Barcelona"nı tərk edəndə futbola baxışın başqa üsullarını görürsən. Buna baxmayaraq mənim futbol görüşlərim keçmiş klubumla çox bağlıdır.

Xavini xatırladan oyunçular. Bir çox futbolçu var. "Manchester City"də David Silva, Kevin de Bruyne, İlkay Gündoğan yüksək səviyyədədir. PSJ-nin əksər futbolçuları "Barselona"nın sxeminə uyğun gəlir. Santi Kazorla, Sesk Fabreqas kimi "Barsa" DNT-sinə malik futbolçular da var.

Quardiola və onun komandası. "Siti" Avropanın ən formada olan komandasıdır. Pep kollektiv üçün istədiyi oyun formulasını tapıb. Futbolçular özlərini yaxşı tərəfdən göstərir. Oyun ərzində topa 70-90 dəfə toxunurlar. Onlardan soruşsaz, hamsı oyundan həzz aldıqlarını deyəcək. Qvardiola bütün dünyanı heyrətləndirir. Titonun (red. 2012-13 mövsümüdə "Barcelona"nın baş məşqçisi) dediyi kimi, onunla istənilən müqayisə mənasızdır. Pepe unikal və dəyərli məşqçidir. "Barca" öz ruhuna uyğun məşqçilərlə müqavilə imzalayır. Bunu etməsə, nəticəsinə qatlaşmalı olacaq.

Çempionlar Liqasının favoritləri. Bu turnirdə "Mançester Siti", "Barselona", "Real" və Haynkesin "Bavariya"sı favoritdir. PSJ - "Real" qarşıdurmasında qalib gələn tərəf titula əsas namizədlərdən biri olacaq.

Messi. Elə təsəvvür edirəm ki, dünyada bütün məşqçilər Messini dayandırmağa çalışır. İspaniya kubokunun finalında "Atletik"in etdiyi kimi ona xüsusi oyunçu təhkim etmək belə effekt vemrir.

O, fərq yaradan futbolçudur. Rəqibi balansdan çıxarmaq üçün topu Messiyə çatdırmağa çalışırdıq. Messi qeyri-adi oyunçudur. Bunu görməmək mümkün deyil.

Ronaldo və Messi rəqabəti. Ronaldo ilə müqayisədə Leo daha çox iş görür. Kriştianu özünü ən yaxşı hesab edirsə, çox gözəl. Mən onları müqayisə etməzdim. Messi futbol tarixinin ən yaxşısıdır və bunun başqa adı yoxdur.

Andres İniesta. Xerardo Martinonun son mövsümüdə bərpa olunmağın çətinliyini gördüm. Luis Enrike bunun öhdəsindən gələcəyimə məni inandırdı. Andresdə belə hiss olduğunu düşünmürəm. Onun karyerasını bitirməyə çox var. İniesta oyun qurmaqda usta olduğunu hələ də nümayiş etdirir. Dəyişiklik görmürəm. Onda futbola davam etmək hissi yaşayır. Amma elə vaxt gəlir ki, bu hiss yoxa çıxır. Özünü faydalı hesab etmirsən və kənara çəkilirsən. İniesta qərar verməlidir, gələcəkdə bununla üzləşəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail