Zidan açıqladı: Ronaldo bu gün "Barselona"ya qarşı oynayacaq?

23.12.2017 | 13049 dəfə oxunub

İspaniyanın "Real" klubunun baş məşqçisi Zinəddin Zidan La Liqanın XVII turunda "Barselona" ilə keçirəcəkləri oyun barədə danışıb.

Stadium.Az xəbər verir ki, fransalı mütəxəssis qarşıdakı "El-Klasiko"nu komandası üçün daha bir oyun kimi dəyərləndirib:

"Çempion hələ müəyyənləşməyib. Biz mübarizəmizi davam etdirəcəyik. Mövsüm uzundur, "Barselona" ilə oyun isə daha bir qarşılaşmadır" deyə Zidan bildirib.

45 yaşlı mütəxəssis artıq kollektiv məşqlərə qoşulan portuqaliyalı hücumçu Kriştianu Ronaldunun matça tam hazır olduğunu da vurğulayıb:

"Ronaldo 100 faiz hazırdır. Biz yaxşı formadayıq. Yeganə narahatlığım futbolçularımın necə çalışmasıdır. Çempionatın liderinə - güclü komandaya qarşı oynayacağıq. Ortada vacib 3 xaldır".

Dekabrın 23-də Madriddəki "Santyaqo Bernabeu" stadionunda keçiriləcək "Real" - "Barselona" matçı Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail