" "Həvəssiz olsa da, bizim yaxşı dostumuz, gözəl insan və fantastik oyunçu Koutinyo ilə klub və komanda olaraq vidalaşdıq"

07.01.2018 | 5218 dəfə oxunub

"Liverpul"un baş məşqçisi Yurqen Klopp braziliyalı yarımmüdafiəçi Filippe Koutinyonun "Barcelona"ya transferi ilə bağlı fikirlərini bölüşüb.

Stadium.Az xəbər verir ki, alman mütəxəsis ciddi cəhdlərinə baxmayaraq, onu fikrindən daşındıra bilmədiklərini qeyd edib:

"Həvəssiz olsa da, bizim yaxşı dostumuz, gözəl insan və fantastik oyunçu Koutinyo ilə klub və komanda olaraq vidalaşdıq. Heç kimə sirr deyil ki, Filippe hələ ötən ilin iyulunda "Barselona"ya keçmək istəyirdi.

O, hamıya bu transferin baş tutmasını istədiyini göstərmişdi. Buna baxmayaraq, yay transfer pəncərəsindən sonra onu komandada saxlamaq mümkün oldu. Ümid edirdik ki, onu bizimlə qalıb qurduğumuz layihənin bir hissəsinə çevirə biləcəyik.

Azarkeşlərə onu deyə bilərəm ki, Koutinyonu saxlamaq üçün əlimizdən gələni etdik. Amma Filippe gələcəyinin Barselonada olduğuna qərar verdi. Bu, onun arzusudur. İndi başa düşürəm ki, bu transfer barədə onun fikrini dəyişə bilməzdik.

"Liverpul"da olduğu müddətdə komandaya sadiq olan Koutinyo əla futbol nümayiş etdirdi, bizə qələbə qazanmağa kömək etdi. O, yay transfer pəncərəsinin bağlanmasından sonra hər gün klubun bazasında məşq edirdi. Filippe əsl peşəkardır.

Aydın məsələdir ki, azarkeşlər bu cür futbolçunun gedişindən məyus olacaq. Xüsusi futbolçularla vidalaşmaq lazım gələndə həmişə belə olur. Qəbul etmək çətin olsa da, bu, həyatın və futbolun bir hissəsidir. Hər insanın öz məqsədi və arzusu var. Mən komandamızın istedad səviyyəsinə tam güvənirəm. Koutinyonun gedişindən sonra klubun sahibləri ilə heyəti gücləndirməyə düzgün sərmayə yatıracağımıza da inanıram. Filippe ilə sağollaşsaq belə, komanda inkişafa davam edir. "Enfild"ə mükafatlar gətirmək üçün çalışacağıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail