Valverde: "İndi ayağa qalxmalı və irəli getməliyik"

11.04.2018 | 3791 dəfə oxunub

“Barselona”nın baş məşqçisi Ernesto Valverde “Roma”ya 0:3 hesabı ilə uduzduqları oyunu şərh edib.

Stadium.Az xəbər verir ki, ispan mütəxəssis komandasının Çempionlar Liqası ilə vidalaşmasının məsuliyyətini üzərinə götürüb:

“Mövsüm uzundur və Çempionlar Liqasını qazanmaq çətindir. Azarkeşlərin məyusluğunu anlayıram. Yarımfinalda oynamaq istəsək də, bu, futboldur. Bəzən uğursuzluğu həzm etməli olursan. 
İndi ayağa qalxmalı və irəli getməliyik. Hələ qalib olmaq istədiyimiz 2 turnir var. 

Bu gün öz oyunumuzu göstərə bilmədik. Rəqib isə çox aqressiv idi. “Roma”nı tərbik etməliyik. Onlar bizə çox problem yaşatdılar. Əlimizdə qalanlara köklənməliyik. 

Bu, futbolun bir hissəsidir. Hər şeyə hazır olmalısan. Bu gün digər oyunlardakı kimi yaxşı oyun göstərə bilmədik. Rəqibin əziyyətini qiymətləndirməliyik. 

Hər şeyə görə məsuliyyət mənim boynumdadır. Komandaya mən rəhbərlik edirəm. Ümid edirəm ki, bu nəticə İspaniya çempionatı və kubokundakı oyunumuza təsir göstərməyəcək”. 

İlk oyunda 4:1 hesablı qələbəyə baxmayaraq, cavab matçında “Roma”ya 0:3 uduzan “Barselona” Çempionlar Liqasında mübarizəni 1/4 finalda dayandırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail