Yupp Haynkes: "“Bavariya” daha yaxşı olan tərəf idi"

02.05.2018 | 3134 dəfə oxunub

Çempionlar Liqasında ilk finalçının adına aydınlıq gəlib. Stadium.Az xəbər verir ki, doğma meydanda “Bavariya” ilə 2:2-lik heç-heçəyə razı olan “Real” iki oyunun ümumi nəticəsinə görə (1:2, 2:2) mərhələ adlayıb.  Oyundan sonra "Bavariya"nın baş məşqçisi Yupp Haynkes matç barədə dnaışıb: 

“Komandam kimi, mən də finala çıxa bilmədiyimizə görə məyusam. Biz finala layiq idik. İki matçın tamamını nəzərə alsaq, “Bavariya” daha yaxşı olan tərəf idi. “Real”ı keçməyə yaxın idik. Bu gün hər iki komanda yaxşı oynadı. Dünya səviyyəsində futbol izlədik. Oyun bizim üstünlüyümüz altında keçdi. “Real” qapıdakı gözəl oyuna görə Keylor Navasa minnətdar olmalıdı.

Xüsusilə də oyunun sonlarında əla çıxış etdi. Bu gün “Real”ın ən yaxşısı Navas idi.Təbii ki, böyük bir səhv hamımızı məhv etdi. İlk növbədə, geriyə ötürmə olmamalı idi. Levandovski? Mənə elə gəlir ki, kimsə bir mövzu ortaya atanda jurnalistlər də qoşulur. Ancaq mənə görə, situasiya bir az fərqlidi.

Penaltiyə gəlincə, videotəkrarı izlədim və qayda pozuntusu olduğunu gördüm. Ancaq buna görə ağlayası halım yoxdu. “Real” qarşısında çoxlu qol epizodlarını dəyərləndirmədik. Bu səbəbdən də, hakimlikdən şikayətlənməyə ehtiyac yoxdu.

2013-cü ildə Çempionlar Liqasında “Borussiya” ilə oyunun mənim üçün turnirdə sonuncu olacağını düşünürdüm. Geri qayıdacağıma inanmazdım. Bu gün əminliklə deyə bilərəm ki, bu, mənim Çempionlar Liqasındakı sonuncu matçımdı. Bir də məşqçiliklə məşğul olmayacam”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail