"Əks halda, dünyanın ən yaxşı futbolçusuna sahib olmağımız bir işə yaramaz"

27.06.2018 | 3245 dəfə oxunub

Argentina yığmasının baş məşqçisi Xorxe Sampaoli Nigeriya ilə oyundan (2:1) sonra Lionel Messi ilə bağlı fikirlərini mətbuat nümayəndələri ilə bölüşüb.

Stadium.Az Sports.ru-ya istinadən xəbər verir ki, argentinalı mütəxəssis Leo ilə ortaq xəyallarının olduğunu deyib:

“Messi məni qucaqlayanda xoşbəxt oldum. O, mənə yaxşı bələddi. Oyunlara emosional yanaşdığımı, hər gün növbəti oyun barədə düşündüyümü, həmçinin son dövrlərdə “Barselona”dakı oyunlarını birbaşa izlədiyimi yaxşı bilir. Bizim ortaq xəyalımız var: Rusiyada Argentina üçün önəmli nəticə qazanmaq.

Ortada 3 futbolçu ilə oynamağımız, Messinin isə sağ cinaha çəkilməsi, məncə, doğru addım idi. Mərkəzi ötürmə ilə təmin etməyə, həmçinin irəli şığımağa cəhd edirdi” – deyə, o bildirib.

Onun sözlərinə görə, komandadakı digər futbolçular Lionel Messinin oyununu ortaya qoya bilməsi üçün şərait yaratmalıdılar:

“Messiyə sahib olan hər məşqçi ətrafındakıların Leoya rahat oynaması üçün şərait yaratmalı olduqlarını bilir. Əks halda, dünyanın ən yaxşı futbolçusuna sahib olmağımız bir işə yaramaz. Digər oyunçular da komandaya fayda verməlidilər”.

Nigeriya ilə oyunda Lionel Messi komandasının ilk qoluna imza atıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail