Futbol qaydalarına yeni təkliflər - Siyahı

23.11.2018 | 3949 dəfə oxunub

Futbol Assosiasiyalarının Beynəlxalq Şurası (İFAB) qaydalarda bir sıra dəyişikliklərin edilməsi təklifini irəli sürüb. 

Stadium.az xəbər verir ki,, qurum növbəti iclasında nəzərdə tutulan yenilikləri müzakirəyə çıxaracaq. Səsvermədən sonra bu qaydaların qəbul edilib-edilməməsinə qərar veriləcək. Aşağıdakı yeniklər təklif olunur: 1. Futbolçular vaxtı uzatmaması üçün əvəzlənmə zamanı meydanı ən yaxın yan xətdən və ya üzbəüz xətdən tərk etməlidirlər. 2. Penalti yerinə yetirildiyi vaxt qapıçı qapı xətti üzərində bir ayağını saxlaya bilər. Hazırkı qaydaya əsasən, hər iki ayaq xətt üzərində olmalıdır. 3. Oyunsonrası penalti seriyası indiki ardıcıllıqla yerinə yetirilməsinə üstünlük verilsin, alternativ ABBA sxemindən istifadə olunması ideyası rədd edilsin. Bu ideyada hər dəfə bir komanda ilk zərbəni yerinə yetirməli idi. 1-ci, 3-cü və 5-ci penaltini A komandası, 2-ci və 4-cü zərbəni B komandası əvvəl vurmalı idi. 4.Əllə oyun, xüsusilə də istəmədən toxunuş olan epizodlarla bağlı qaydalar yenilənsin, hansı hallarda penalti, hansı hallarda isə davam qərarı verilməsi daha ətraflı yazılsın. 5.Mübahisəli top qaydası dəyişdirilsin. 6.Qapıdan zərbə və sərbəst zərbəni öz cərimə meydançasından başlamağa icazə verilsin. 7.Futbolçular kimi, klub rəsmiləri də sarı və qırmızı vərəqə ilə cəzalandırılsın. Qeyd edək ki, İFAB-ın iclası gələn il martın 2-də keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail