Teves: "Düşdüyüm vəziyyətə gülməyim gəlir"

04.02.2012 | 4149 dəfə oxunub

"Mançester Siti"nin Çempionlar liqasındakı "Bayern" ilə qarşılaşmasında oyuna girməyi rədd etdiyi üçün baş məşqçi Roberto Mançini tərəfindən heyətdən xaric olunan Karlos Teves qış transfer müddətində yeni klub tapa bilməməsi ilə bağlı maraqlı fikirlər söyləyib. Stadium.az xəbər verir ki, Teves artıq düşdüyü vəziyyətə özünün də güldüyünü dilə gətirib.

Transfer mövsümündə "Siti"dən ayrılmaq istəməsinə baxmayaraq, yenə komandada qalan Karlos Teves açıqlamasında məsələyə bu cür münasibət bildirib: "Siti"dən ayrılmaq istəyirdim. İtaliya və İspaniyadan yaxşı təkliflər almışdım, lakin "Mançester Siti"nin bütün təkliflərə rədd cavabı verməsi vəziyyətin gülməli bir hal almasına gətirib çıxardı. Transferimle əlaqədar olaraq məni böyük məbləğə transfer etdiklərini və icarə əsasında komandadan göndərmək istəmədiklərini söylədilər. Düzü, növbəti aylarda nələr yaşanacaq, heç bir fikrim yoxdur".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail