Şevçenko: "Sözümün üzərində durdum"

15.10.2019 | 6418 dəfə oxunub

AÇ-2020-nin seçmə mərhələsində Portuqaliyanı 2:1 hesabı ilə məğlub edərək, final mərhələsinə yüksəlməyi bacaran Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko oyundan sonra fikirlərini bölüşüb.

Stadium.az xəbər verir ki, 43 yaşlı mütəxəssis zəfəri şərh edib: "Sözümün üzərində durdum. Bütün Ukraynanı təbrik edirəm. Avropa çempionatına yollanacağımıza dair söz vermişdim. Kiyevə və bütün ukraynalılara dəstək üçün təşəkkür edirəm. Komandamız azarkeşlərin sayəsində son 15 dəqiqədə həyatda qaldı. Həm də jurnalistlərə minnətdaram. Tək hədəf uğrunda çalışdıq. Bütün futbolçulara millinin qapılarını açdıq və necə çalışdığımızı göstərdik. Yığmaya gələn hər oyunçu sona qədər canı qoymağa hazırdır. Meydanda sona qədər savaşan 11 aslan var idi. Asan deyildi. Üç il əvvəl bu işə başladıq və hər şeyi dəyişdirdik. Futbolçularıma təşəkkür edirəm. Meydanda şahmat oyunu olacağını futbolçulara dedim. Komandam müdafiədə yaxşı çıxış etdi. İndi futbolçuların yanına qayıtmalıyam. Şir ürəkli oğlanlarla üç illik əziyyətimizi qeyd etmək istəyirəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail