FİFA-dan futbolçulara tarixi güzəşt

12.06.2020 | 4900 dəfə oxunub

FİFA futbolçulara bir mövsüm ərzində üç klubda forma geyinməyə müvəqqəti olaraq icazə verib. Stadium.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

FİFA-nın oyunçuların statusu və transferi reqlamentinə görə, futbolçu bir milli federasiya çərçivəsində idman mövsümünün 12 ayı müddətinə yalnız bir komandaya aid olmaqla elan edilə bilər. Lakin koronavirus pandemiyası ilə əlaqədar dünya futbolunda yaranmış vəziyyətlə əlaqədar qərarlarda dəyişiklik edilib. Oyunçuların mümkün işsizliyidən ehtiyatlanaraq, futbolçulara üç klubda qeydiyyatdan keçmək icazəsi verilib. Onlara bir idman mövsümünün gedişi ərzində üç klubda rəsmi oyunlarda çıxış etmək hüququ verilir.

Həmçinin FİFA milli federasiyalara klubların lisenziyalaşdırılmasının ilk mərhələsini həyata keçirmək və cari çempionatları ilkin heyətlər üzrə bitirmək üçün cari mövsümün gedişində növbəti mövsümə olan təqvimi müəyyən etmək hüququnu verib.

Müvəqqəti dəyişikliklər təxirə salınmadan qüvvəyə minir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail