25 nəfər futboldan uzaqlaşdırıldı - oyun alqı-satqısına görə
AFFA-dan gülünc açıqlama - "Brifinq və mətbuat konfransı olmayacaq"

Ronaldoya pulsuz burger verən qadın tapıldı - FOTOLAR

21.09.2019 | 1315 dəfə oxunub

Bu günlərdə özünün uşaqlıq həyatı barədə danışan Portuqaliya millisi və “Yuventus”un hücumçusu Kriştiano Ronaldo həssas məqamlara toxunub.

O geniş müsahibəsində deyib: “11-12 yaşım olanda ailəmizin pulu yox idi. Biz - mən və “Sportinq”in digər yetirmələri bir yerdə yaşayırdıq. Ailəmi ayda üç dəfə görürdüm. Bu, çox çətin idi. Gecə saat 22.30-23.00 arasında biz acırdıq. Stadionumuzun yanında isə “Makdonalds” vardı. Biz oranın qapısını döyüb soruşurduq: “Sizdə hansısa burger var?” Orada həmişə Edna adında bir qadın və iki qız olurdu. Bizə pulsuz burger verirdilər.

Mən daha sonra onları heç vaxt görmədim. Portuqaliyada olanda onları axtardım. Amma həmin “Makdonalds” artıq bağlanmışdı. Ümid edirəm ki, bu müsahibə vasitəsi ilə onları taparam. Belə olsa, çox sevinərəm. Onları Turinə, yaxud Lissabona dəvət etmək və birgə yemək yemək istəyirəm. İstəyirəm ki, qismən olsa belə, öz borcumu qaytarım”.



Bu müsahibə yayımlandıqdan bir neçə gün sonra həmin üç qadından biri – hazırda iki uşaq anası olan Paula Leka üzə çıxıb. Yerli “Renascenca” radiosuna müsahibəsində o bildirib ki, Ronaldonun şam yeməyi təklifini məmnuniyyətlə qəbul edir.

Paula həmin dövrləri də yada salıb: “Restorana gəlir, əgər bizdə qamburger qalırdısa, menecerimiz onları pulsuz uşaqlara verməyə icazə verirdi. Bu, demək olar, hər gecə davam edirdi. Onlardan biri, ən utancağı Kriştiano Ronaldo idi.

Mən indiyədək həmin dövrü təbəssümlə yada salıram. Bu haqda öz oğluma danışanda inanmadı. Hesab etdi ki, bu, uydurmadır. Mənim ərim də bu haqda bilirdi. Bəzən o, gecə məni işdən götürməyə gəlirdi və Ronaldonu görürdü.

Əgər o, məni şam yeməyinə dəvət etsə, mən mütləq gedərəm. Ona təşəkkür edir və demək istəyirəm ki, yemək masası arxasında bizim həmin dövrü xatırlamaq üçün vaxtımız olacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Rəşad Sadıqov Elxan Məmmədovun yalanını ifşa etdi - "Millidən getməyim futbolçu karyerama görə deyildi"
"Traktor"da növbəti istefa - "Önümüzü kəsirlər"
Son xəbərlər

16.12.2019

08:10  "Real"ın xal itkisi VİDEO

08:08  "Roma"nın qələbəsi VİDEO

08:05  "İnter"in xal itkisi VİDEO

15.12.2019

19:42  "Hesab rəqibə sərf edir" - Zaur Həşimov

18:33  Sopiç yenə gileyləndi - "Bizə nə lazım olduğunu artıq bilirik"

15:45  "Səbail" - "Zirə" -HEYƏTLƏR

14:08  "Qəbələ" - "Sabah" -HEYƏTLƏR

08:11  Ən bahalı futbolçular - SİYAHI

14.12.2019

13.12.2019

23:08  25 nəfər futboldan uzaqlaşdırıldı - oyun alqı-satqısına görə

23:05  Türkiyə millisi Azərbaycanla qarşılaşacaq? - Şenol Günəşdən açıqlama

12:21  "Qarabağ" - "Düdelanj" FOTOLENT

02:26  Rəşad Sadıqov Elxan Məmmədovun yalanını ifşa etdi - "Millidən getməyim futbolçu karyerama görə deyildi"

00:27  AFFA-dan gülünc açıqlama - "Brifinq və mətbuat konfransı olmayacaq"

12.12.2019

21:15  "Qarabağ" - "Düdelanj" -HEYƏTLƏR

16:58  Metronun iş saatında dəyişiklik - "Qarabağ"a görə

11.12.2019

16:31  "Keşlə"də yeni transfer - Rəsmi

15:09  "Stadionun dolu olmasını istərdik" - Qurban Qurbanov

12:30  "Çelsi"nin qələbəsi VİDEO

10.12.2019

15:39  "Traktor"da növbəti istefa - "Önümüzü kəsirlər"

12:41  "Qarabağ" - "Düdelanj görüşü - mətbuat konfranslarının vaxtları açıqlandı

   
  O Q H M T-f X
1. Qarabağ 14 9 4 1 24-7 30  
2. Keşlə 14 6 5 2 18-12 23  
3. Neftçi 13 6 4 3 20-11 22  
4. Sumqayıt 13 5 2 6 17-19 17  
5. Zirə 13 3 5 5 14-21 14  
6. Sabah 13 3 4 6 14-16 13  
7. Səbail 13 3 3 7 9-20 12  
8. Qəbələ 13 3 3 7 13-23 12  
08.12Sabah ---Neftçi
08.12Zirə ---Səbail
08.12Sumqayıt ---Qəbələ
06.12Qarabağ 2-2Keşlə
01.02Zirə -Sabah
01.02Neftçi -Sumqayıt
02.02Səbail -Qarabağ
02.02Qəbələ -Keşlə