Georgi Adamiyanı “Neftçi”yə onlar gətiribmiş: Onun Bakıda biznesi var?

20.06.2023 | 606 dəfə oxunub

Ölkəmizə gəlib-getmiş və hələ də adı dillərdə gəzən legionerlərdən biri Georgi Adamiyadır.

Azərbaycan karyerasına “Neftçi”də başlayan, “ağ-qaralar”la çempion olub, “Birlik kuboku”nu qazanan gürcüstanlı forvard sonradan “Bakı”, “Qarabağ” və “İnter” kimi komandaların şərəfini qorumaqla yadda qalmışdı.

Vaxtsız zədə imkan versəydi, daha çox oynayar, indikindən də çox sevilərdi. Lakin “İnter”də aldığı zədə həm Azərbaycan karyerasını sonlandırdı, həm də futbolçu həyatını erkən başa vurmasını şərtləndirdi.

Adamiya ilə yarım saatlıq söhbətdə bu gündən dünənə səyahət etməklə tarixi vərəqlədik ki, ortaya maraqlı faktlar çıxdı.

– Gürcüstanın U-21 millisindəki fəaliyyətinizi davam etdirirsiz?

– Bəli-bəli, 3 ildir yığmadayam. Vaxtilə “İnter”də çalışmış Ramaz Svanadze baş məşqçidir, mən də köməkçi. Hazırda milli ilə toplanışdayıq, Avropa çempionatına hazırlaşırıq. Şükürlər olsun, hər şey yaxşıdır.

– Nə əcəb məşqçiliyi seçdiniz? Əksəriyyət yaşıl meydanlardan bezib kreslo və rahatlıq həvəsində olur. Agent, klub və ya federasiya rəsmisi…

– Futbolçu karyeramı başa vurandan sonra fasilə götürdüm. Hətta bir neçə il futboldan tamamilə uzaqlaşdım. Gördüm ki, futbolsuz qala bilmirəm, darıxıram, sıxılıram. Həmin ərəfədə özümü məşqçilikdə sınamaq qərarına gəldim. Pis alınmırdı. U-15 komandasında başladım, 2 il U-19 millisində davam etdim, artıq 3 ildir U-21-dəyəm. Etiraf edim ki, xoşuma gəlir, işimdən zövq alıram.

– Hansi kateqoriyaya sahibsiz?

– A lisenziyasıdır məndə.

– Xeyli vaxtdır Azərbaycana gəlib-getmirsiz. Yoxsa biz görmürük?

– Koronavirus peyda olana qədər gəlmişdim. Səhv etmirəmsə, 2019-cu il idi. Sonradan “korona” düşdü, xəstəlik çoxaldı, yollar bağlandı, iş çoxaldı. Əvvəlki işim rahat idi, vaxt tapmaq olurdu.

– Azərbaycanla biznes mənasında hansısa əlaqəniz var? Bakıda eviniz, obyektiniz…

– Təəssüf ki, heç nəyim yoxdur (gülür). O vaxt nəsə etməyə çatdırmadım.

– Çatdırmadınız, yoxsa istəmədiniz?

– İstəyirdim, amma çatdırmadım. Gələcək planlarımla karyeramı başa vurmağım üst-üstə düşmədi. Hesablamam başqa cür idi.

– İmkanlı klublarda oynadığınızı nəzərə alsaq, yaxşı qazandığınız sirr deyil. Özünüzə gələcək qura bilmisiz, yoxsa cavanlıq imkan vermədi?

– Yox, heç kim, heç nə mane olmadı. Mən bu sənətə futbola olan sevgim ucbatından gəlmişdim, pul qazanmaq üçün yox. Maddiyat sonradan özü məni tapdı. Buna görə Allahımdan çox-çox razıyam. Normal karyeram olub, meydanda bacardığımı etməyə çalışmışam. Əlbəttə, daha yaxşı ola bilərdi. Ancaq yaşadığım karyeraya görə təəssüflənə bilmərəm.

– Sualın əsas hissəsi cavabsız qaldı.

– Biznesdən uzaq adamam. Mənimki futboldur və bu gün də futbolla məşğulam. Bir onu deyə bilərəm ki, həyatımdan narazı deyiləm.

– Az öncə “daha yaxşı ola bilərdi” dediniz. Nə mane oldu?

– Məşqlərdə daha çox işləməliydim, daha çox əziyyət çəkməliydim. Bunları etsəydim, daha yaxşı ola bilərdi. Dönüb geriyə baxanda fikirləşirəm ki, indiki ağlım olsaydı, o vaxtkından beş dəfə artıq çalışardım.

– Karyeranızın uğurlu alınması bəxtə görəydi, yoxsa Allahın verdiyi bacarıqdan lazımınca istifadə etdiniz?

– Deməzdim ki, talantlı idim. Hansısa məqamda şans üzümə güldü, hansısa məqamda yeniyetmə və gənc dönəmlərdə çəkdiyim zəhmətin bəhrəsini gördüm.

– Futbolçu kimi böyüməyiniz Azərbaycana gəlişinizlə dəyişdi və bu, həyatınızda dönüş nöqtəsi oldu. Deyilmi?

– Həyatda hər bir insana şans verilir. Önəmli olan həmin şansdan zamanında və ağılla yararlanmaqdır. Mən, sadəcə, əlimə düşən imkandan maksimum yararlandım.

– Azərbaycandakı ilk günlərində sizə ən çox kim dəstək oldu? Kimə təşəkkür etmək istəyirsiniz? Komandaya və ölkəyə uyğunlaşmaq, rahatlıq tapmaq kimi məqamları nəzərdə tuturam.

– Konkret olaraq kiminsə adını çəkə bilmərəm. Çünki, mənə dəstək verən, yanımda olan bir nəfər yox, bir neçə nəfər idi. Buna görə məni Azərbaycana dəvət edən şəxslər, mənə güvənən rəhbərlik, komandada məni doğmaları kimi qəbul edən futbolçular – hər kəsə təşəkkür etməliyəm.

– “Neftçi”yə kim gətirmişdi sizi?

– Musa Qurbanov, Polad Nəbizadə və Ramin Musayev. Həmin vaxt Ramin müəllim “Neftçi”də vitse-prezident idi, Qurbanovla Nəbizadə danışıqlarda iştirak edirdi.

– “Neftçi”, “Bakı”, “Qarabağ” və “İnter”. Bunlardan hansı sizin üçün yaddaqalan oldu? Təbii ki, hamısında xoş günlər keçirdiyinizi, hər birinin karyeranızda rolunun olduğunu deyəcəksiniz. Bu adlardan birini seçməli olsanız?

– Birini yox, ikisini seçmək olar?

– Olar.

– “Neftçi”ylə “Qarabağ”. Mən bunu həmişə və hər yerdə deyirəm.

– 2008-ci ildə Hans-Yürgen Gedenin “Neftçi”dən uzaqlaşdırdığı vacib futbolçulardan biri də siz idiniz. Nə baş vermişdi?

– Uzaqlaşdırılan təkcə mən deyildim. Məndən əvvəl komandada olan və “Neftçi” üçün canını verən bir neçə nəfər də kənarlaşdırıldı. Ancaq bu barədə heç nə danışmaq istəmirəm.

(Ardı var Sportinfo.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail