"Qarabağ" "Linkoln"la matçların favoritidir, amma hər şey meydanda həll olunur" - MÜSAHİBƏ

04.07.2023 | 530 dəfə oxunub

"Qarabağ"ın veteran futbolçusu Ansi Aqolli Sportal.az saytına müsahibə verib. O, Ağdam klubunun bu mövsüm Çempionlar Liqasının qrup mərhələsinə düşmək şanslarını dəyərləndirib.

- "Qarabağ" Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Linkoln"la qarşılaşacaq. Ağdam klubu üçün uğurlu püşk hesab etmək olar?

- Bəli, püşkatmadan xəbərim var. Məncə, "Qarabağ" üçün yaxşı püşkdür. Birinci mərhələ üçün uyğun rəqibdir. Məncə, asan rəqibdir. Amma istənilən halda, indi zəif rəqib yoxdur. "Qarabağ" isə hər zaman bütün rəqiblərə eyni yanaşır və meydana yalnız qələbə üçün çıxır. "Linkoln"la matçlarda da belə olacağına əminəm. Onlara uğurlar arzulayıram.

- "Qarabağ" hər iki matçı qalib başa vura biləcək?

- Təbii ki, "Qarabağ" "Linkoln"la görüşlərdə favoritdir. Sözsüz ki, belədir, başqa cür ola da bilməz. "Qarabağ"ın son mövsümdəki avrokuboklardakı çıxışına baxsaq, bunun təsdiqləndiyini görərik. Sadəcə futbol elədir ki, hər şeyə meydanda aydınlıq gəlir, hər şey meydanda həll olunur. Əminəm ki, "Qarabağ" hər zamankı dominant futbolunu nümayiş etdirərək rəqibinə qalib gələcək.

- "Qarabağ" böyük ehtimalla yeni mövsüm avrokuboklardakı təsnifat mərhələsinin 2-3 ev oyununu Bakı Olimpiya Stadionunda keçirəcək. Çünki Tofiq Bəhramov stadionunda yenidənqurma işləri aparılır. BOS-u "Qarabağ" üçün uğurlu saymaq olar?

- Tofiq Bəhramov "Qarabağ" üçün əla stadiondur. Çünki burada böyük xatirələr var. Komandanın böyük uğurlarını gördüyü yerdir ora. Amma BOS da əla stadiondur, yaxşı ot örtüyü var. Düşünmürəm ki, "Qarabağ" üçün nəsə dəyişəcək. İstənilən halda, "Qarabağ" evində, doğma yerində oynayacaq. 

- Nəyə görə "Qarabağ"ın futbolçuları Tofiq Bəhramov stadionunda oynamağı daha çox sevir?

- Dediyim kimi, Tofiq Bəhramov "Qarabağ" üçün daha münasib, daha yaxşı stadiondur. Çünki orada azarkeşlər bir-birinə daha sıx olur, meydana daha yaxındırlar. Başqa ab-hava yaradırlar, akustika baxımından da azarkeşlər üçün uyğundur. Futbolçu tribunanı meydanın içində daha yaxşı hiss edir. Ona görə də, Tofiq Bəhramovda oynamaq həmişə fərqlidir. Orada oynayanda özünü tam olaraq evdəki kimi hiss edirsən. Lakin BOS-da pis stadion deyil.

- "Qarabağ"ın bu mövsüm yenidən Çempionlar Liqasının qrup mərhələsinə düşəcəyinə inanırsan? Səncə, onlar buna hazırdır?

- Bu barədə danışmaq üçün tezdir. "Qarabağ" hazırda "Linkoln"la səfərdə keçiriləcək oyuna köklənib. Çempionlar Liqasının qrup mərhələsi haqda danışmaq həqiqətən tezdir. Çünki addım-addım irəli  getmək lazımdır. Bir oyun bitir, digəri başlayır. Bir məsələ də var ki, Çempionlar Liqasının ilk təsnifatı həmişə ağır olur, ağır keçir. Bu baxımdan qrup haqda indidən danışmaq çox doğru olmazdı. Zaman hər şeyi göstərəcək. Mən "Qarabağ"a çox inanıram. Onlara uğurlar arzu edirəm və inanıram ki, istədikləri uğurları əldə edəcəklər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail