"Bakı İdman Klubu" rəhbərliyi idmançılarla görüş keçirib

09.04.2012 | 4378 dəfə oxunub

7 aprel tarixində “Bakı” idman klubunun rəhbərliyi klubun bir qrup idmançıları ilə görüş keçirib. Stadium.az xəbər verir ki, görüşdə yeniyetmə bədii gimnastçılar və karateçilər, həmçinin onların məşqçi-müəllimləri və valideynləri iştirak edib.

Klub rəhbərliyi adından çıxış edən Nail Əliyev, Yaşar Seyidov və Zeynal Məmmədov qeyd ediblər ki, idmançıların çıxışını daim diqqətdə saxlayırlar. Qeyd olunuub ki, olimpiya növləri üzrə idmançılar hazırlamaq vəzifəsini yerinə yetirən klub, müxtəlif beynəlxalq yarışlarda Dünya və Avropa çempionatlarında nəticələr əldə  etməlidir. Bunun üçün idmançılara hər cür şəraitin yaradıldığı, bundan sonra da, yaradılacağı ifadə olundu.

Sonra söz gimnastların məşqçi- müəlliməsi Sevil Məmmədovaya verildi. O  diqqətə çatdırdı ki, fevralın 3-ü və 4-də, Bakıda Bədii Gimnastika üzrə Respublika çempionatında 2002-2004-cü illər yaş qrupunda yarışlarda çıxış edən 5 idmançı – Şirinli Nigar, Manaflı Günel, Ağazadə Güllü, Bəşirova Zərifə və Zeynalzadə Ləmandan ibarət komanda ümumi  hesabda  mükafatçılar sırasına düşə bilib. “Bakı” Respublika birinciliyinin gümüş medallarını qazanıb.

Qeyd edək ki, növbəti Respublika birinciliyinə ev sahibliyini “Bakı” edəcək. 29 apreldə start götürəcək açıq buirincilikdə 12 idman məktəbinin komandasının iştirak etməsi gözlənilir. Yarışın püşkatma mərasimi aprelin 16-a planlaşdırılıb. Bu dəfə “Bakı”nın 16 idmançısı 2002-2006-cı il təvəllüdlülər arasında mübarizə aparacaq.

Görüşə karateçilər də əliboş gəlməyib. Ötən ay İstanbulda keçirilən Şotakan Karate üzrə yarışlara qatılan idmançılarımız WSKU versiyasında  dünya üçüncülüyünü Azərbaycana qazandırıb. Baş məşqçi Seymur Xudaverdiyev xatırlatdı  ki, yarışda 15 idmançı ilə mübarizə aparan klubumuz 6 qızıl, 6 gümüş və 10 bürünc medal qazanıb. Bu medalların bəziləri karatenin digər versiyalarında qazanılıb. 

Qarşıda Terkiyədə keçiriləcək  Sakarya Open və Ukraynada təşkil edilən Çernovtsi open turnirlərində çıxış edəcək idmançılarımız bununla da qışdakı Avropa və dünya çempionatına hazırlığı yekunlaşdıracaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail