Vobay Yunis Hüseynova lazımdır, ya yox?

11.04.2012 | 4527 dəfə oxunub

“Mən baş məşqçi postuna keçəndən sonra Julius Vobayı görməmişəm. Bu səbəbdən də onun indidən komandamızda oynamaq perspektivi haqda bir söz deyə bilmərəm”. Stadium.az xəbər verir ki, bu fikirləri “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov deyib. 

Cənub təmsilçisinin ötən qış transfer etdiyi Julius Vobay bu il hələlik rəsmi oyun keçirməyib. Hazırda vətəni Syerra-Leonedə olan futbolçu müqavilə ilə bu ilin sonuna kimi “ağ-yaşıllar”a məxsusdur.

Hüseynov Vobayı görməmiş onun haqda qərar verə bilməyəcəyini deyib: “Qayıtsın, görüm hansı formadadır, bundan sonra nə vaxt oynamağını müəyyənləşdirim. Mən onun oyununu əvvəl görmüşəm. Onu deyim ki, pis futbolçu deyil, amma xeyli vaxtdır oyun praktikası sarıdan korluq çəkir. Buna görə çətin ki, mövsümün bu qızğın vaxtında bizə kömək etsin. Buna inanmıram”.

“Xəzər Lənkəran” Premyer Liqanın XXVII turu çərçivəsində “Bakı” ilə aprelin 14-də səfər oyununda kapitan Rahid Əmirquliyevin xidmətindən istifadə edə bilməyəcək. Bu da yarımmüdafiəçinin cəzalı duruma düşməyi ilə bağlıdır. 

Onu digər gənc yarımmüdafiəçi, son vaxtlar daha çox əsas heyətdən kənarda qalan digər gənc yarımmüdafiəçi Elnur Abdullayevin əvəzləyəcəyi gözlənilir. Ancaq Hüseynov bu haqda konkret açıqlama verməyə tələsmədi: “İnşallah, görək də. Zədəli futbolçumuz yoxdur. Heyətlə bağlı yeganə problem Əmirquliyevin yoxluğudur. Onu kimin əvəzləyəcəyini özlüyümdə müəyyənləşdirmişəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail