Çempionun baş məşqçisi buna inanmırmış

16.04.2012 | 4473 dəfə oxunub

Futbol üzrə Azərbaycan I divizionunda sona altı tur qalmış “Qaradağ Lökbatan” klubunun çempionluğu bəlli oldu. Stadium.az xəbər verir ki, 62 xalla turnir cədvəlinin lideri olan “Qaradağ Lökbatan” ən yaxın izləyicisi “Neftçala”nı 16 xal qabaqlayır. 

Artıq gələn mövsümdən etibarən Premyer Liqada çıxış edəcək “Qaradağ Lökbatan”ın baş məşqçisi Adil Mahmudov www.pfl.az saytına verdiyi açıqlamada bu cür çempion olacaqlarını gözləmədiklərini bildirdi: “Hər bir komandanın arzusu çempion olmaqdır. Çox şadam ki, bu sevinci yaşamaq bizə də qismət oldu. Komandamız özünə inanırdı. Mövsümün əvvəlindən əzmkar mübarizə aparırdıq. Çempionluqda komandanın hər bir fərdinin, xüsusilə rəhbərliyin çox böyük payı var. Mən komandanın prezidenti Tahir Mustafayevə bizə göstərdiyi diqqətə görə bir daha təşəkkür etmək istəyirəm”.

“Birinci dövrədə biz 2-3-cü pillələrdə qərarlaşırdıq. Qış fasiləsində qarşımıza məqsəd qoyduq ki, ancaq çempion olmaq və hər oyunda qalib gəlmək üçün meydana çıxacağıq. Futbolçularım çox böyük əzmkarlıq göstərdilər. Onların hər birinə öz təşəkkürümü bildirirəm. Nəzərə almaq lazımdır ki, “Qaradağ Lökbatan”ın heyətində bir nəfər də olsun milli komanda üzvü yoxdur. Amma onların cari mövsümdə qazandıqları təcrübə artıq onların Premyer Liqada oynamalarına imkan verir. Ona görə də, biz növbəti mövsümdə heyətdə əsaslı dəyişiklik etməyi düşünmürük. I Divizion ilə Premyer Liqa arasında səviyyə fərqi olduğuna görə müəyyən transferlər etmək vacibdir. Bəzi boşluqları aradan qaldırmaq üçün yeni futbolçular transfer edəcəyik, ancaq əksər oyunçular komandada qalacaq. Bu həm də halallıq məsələsidir. Axı komandanın Premyer Liqaya yüksəlməsində onların böyük əməyi var”.

“Ötən mövsümlə müqayisədə bu il I Divizionda daha güclü mübarizənin şahidi olduq. Bu da ölkədə futbolun inkişaf etdiyinin göstəricisidir. Bu il 3-4 komandanın heyətində legioner futbolçular çıxış edirdilər. Bölgə komandaları da artıq oyunlarda öz güclərini ortaya qoyurlar. Diqqət yetirsəniz görərsiniz ki, bölgə komandalarının əksəriyyətini biz minimal hesabla məğlub edə bilmişik. Çox gərgin mübarizə nəticəsində qələbə qazanırdıq”.

“Artıq çempion olduğumuz bəlli olsa da, növbəti qarşılaşmalarda da qələbə qazanmağa çalışacağıq. Komandada yüksək əhval-ruhiyyə hökm sürür. Belə olan halda qələbə qazanmaq da asan olur. Hər bir komandaya uğurlar arzulayıram. Çox gözəl çempionatın şahidi olduq. Bütün rəqiblərə təşəkkür edirəm”.

pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail