"Qəbələ"nin 16 yaşlı futbolçusundan rekord

01.05.2012 | 6808 dəfə oxunub

"Qəbələ”nin futbolçusu Elnur Mustafazadə klubun tarixinə düşüb. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqanın XXX turunun “Bakı” ilə qarşılaşmasının 78-ci dəqiqəsində meydana daxil olan "Qəbələ" Futbol Akademiyasının yetirməsi klub tarixinin ən gənc oyunçusu olub. 

1995-ci il sentyabrın 14-də anadan olan Elnur aprelin 29-dakı matçda heç 17 yaşı olmamış iştirak edib. 16 yaş 7 ay 25 günlüyündə “Qəbələ”də debüt edən Mustafazadə klub rekordunu yeniləyib. O, 7 illik rekordu arxada qoyub. 

“Qəbələ”nin rekordu 2005-ci ildə qeydə alınmışdı. Komanda Xanları təmsil edib “Göy-Göl” adlandığı vaxt keçirdiyi ilk qarşılaşmada Elnur Allahverdiyev debüt etmişdi. 2005-ci il sentyabrın 21-də birinci dəstənin ilk turunun “Şərur”la oyununda meydana çıxan gənc futbolçu 17 yaş 7 günlüyündə buna nail olmuşdu. 1988-ci il sentyabrın 14-də anadan olan Elnurun rekordu yalnız 7 ildən sonra Premyer Liqada qırıldı. Maraqlısı odur ki, Elnurun rekordunu elə adaşı Elnur qırdı.

Sözügedən 2 futbolçudan başqa daha 1 oyunçu 18 yaşı tamam olmamış “Qəbələ”nin heyətində rəsmi matça çıxıb. Bu, Mustafazadəyə qədər Premyer Liqa oyunlarında “Qəbələ” forması geymiş ən gənc futbolçu olan Nuran Qurbanovdur. 1993-cü il avqustun 10-da anadan olan futbolçu ötən mövsüm komandada debüt edib. O, 2011-cu fevralın 27-də “Gəncə” ilə qarşılaşmada meydana çıxanda 17 yaş 6 ay 19 günlüyündə olub.

komandanın daha 2 üzvü Tarzin Cahangirov və Amil Yunanov 18 yaşını qeyd etdikdən sonra meydana çıxıblar.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail