UEFA-nın AÇ-2020-lə bağlı açıqlaması

25.05.2012 | 5010 dəfə oxunub

2012-ci il martın 21-də Türkiyənin İstanbul şəhərində keçirilmiş UEFA İcraiyyə Komitəsinin iclasında bir sıra qərarlar qəbul edilib. Stadium.az xəbər verir ki, həmin qərarlardan biri də AÇ-2020-nin keçirilməsi üçün üzv ölkələrdən yarışa ev sahibliyi etməklə əlaqədar müraciətlərin qəbulu ilə bağlı olub. Qərara uyğun olaraq, UEFA katibliyi tərəfindən hər bir üzv assosiasiyaya müvafiq qaydada məlumat göndərilib.
 
Prosedura uyğun olaraq, ilk növbədə, yarışa ev sahibliyi etmək istəyən assosiasiya yazılı şəkildə niyyətini UEFA-ya bəyan etməlidi. 2012-ci il iyunun 30-da, Ukraynanın paytaxtı Kiyevdə AÇ-2020-nin ev sahibliyi ilə bağlı tenderin Əsasnaməsi İşçi Qrup tərəfindən UEFA İcraiyyə Komitəsinə təqdim olunacaq və tender sənədləri niyyət bəyannaməsi təqdim etmiş ölkələrə göndəriləcək. AÇ-2020-yə ev sahibliyinə namizəd assosiasiyalara bütün müvafiq sənədlərin təqdim olunması üçün 18 ay vaxt veriləcək. Təqdim olunmuş sənədlər əsasında UEFA İcraiyyə Komitəsi 2013-cü ilin sonu və ya 2014-cü ilin əvvəlində AÇ-2020-yə ev sahibliyi edəcək ölkənin adını açıqlayacaq.
 
AÇ-2020-yə ev sahibliyi etməklə bağlı AFFA ilə Gürcüstan Futbol Federasiyası arasında məsləhətləşmələr aparılıb və bu böyük turnirə birgə ev sahibliyi etmək üçün namizədliyin irəli sürülməsi ilə bağlı qərar qəbul olunub. Bu qərar əsasında tərəflər UEFA-ya yazılı şəkildə müraciət edərək AÇ-2020-nin Azərbaycan və Gürcüstanda birgə olaraq keçirilməsi ilə bağlı niyyətini bəyan edib. (AFFA)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail