"Qəbələ" bəyanat yayıb "Bakı"dan üzr istədi

27.05.2012 | 6170 dəfə oxunub

“Qəbələ” klubu bəyanat yayıb. Stadium.az xəbər verir ki, əyalət təmsilçisi Kapital Bank U-16 liqasında dünən “Bakı” ilə yarımfinal mərhələsinin cavab oyunundan sonra baş verən hadisələrdən təəssüfləndiyini bəyan edir.

“Qəbələ” Futbol Klubu olaraq baş verən hadisələrə görə, oyunun hakimlərindən, rəqibdən və bütün futbol ictimaiyyətindən üzr istəyir, hadisələrdə iştirak edən klub əməkdaşlarının ən yaxın vaxtda cəzalanacağını bəyan edirik”. 

Bəyanatın sonunda bildirilir ki, çıxarılacaq qərarlarla ictimaiyyət tanış ediləcək".

Bildirək ki, U-15 liqasının “Bakı” və “Qəbələ” komandaları arasında baş tutan oyunundan sonra dava düşüb. 1:1 hesabı ilə yekunlaşan qarşılaşmadan sonra qonaq komandanın məşqçi və oyunçuları hakimə hücum ediblər.

Matçın final fiti səslənən kimi “Qəbələ”nin ehtiyat oyunçular skamiyasında əyləşən məşqçi və futbolçular meydana çıxaraq hakimin üzərinə hücum ediblər. Bu zaman ədalət təmsilçisi canını qurtarmaq üçün meydan boyu qaçmağa başalayıb və sonda mühafizə xidmətinin əməkdaşlarının köməyi ilə stadionu tərk edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail