"Neftçi" rəsmisi "Bakı"nın vitse-prezidentini yalançı adlandırdı

08.06.2012 | 5543 dəfə oxunub

15 yaşlı futbolçular arasında Azərbaycan çempionatının finalında "Bakı" ilə Neftçi" arasında baş vermiş insidentlə və "Bakı"nın icraçı-direktoru Yaşar Seyidovun "Neftçi"nin icraçı-direktoru Mübariz Xudiyevlə bağlı söylədikləri fikirlə bağlı "Neftçi"nin Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə açıqlama verib. Abbaszadə açıqlamasında Yaşar Seyidovun söylədiklərini absurd adlandırıb: "Biz - klub nümayəndələri oyuna yuxarıdan baxırdıq. Dava düşəndən sonra Yaşar Seyidovu meydanda gördük. O, dava edən uşaqları ayırmaq əvəzinə, onlardan birini yumruqla vurdu və yerə yıxdı. Bizdə həmin görüntülülər də var, istənilən adama həmin görüntüləri də təqdim edə bilərik. Gəlsin Yaşar Seyidov sübut eləsin ki, davanı Mübariz Xudiyev salıb. Hər iki klubda görüntülər var. Bütün hamı görsün ki, davanı kim salıb. Yaşar Seyidov dava edən uşaqları sakitləşdirmək əvəzinə, vurub yerə yıxdıqdan sonra Mübariz Xudiyev ona etirazını bildirdi ki, sən klub rəsmisisən, niyə belə edirsən? Ondan sonra Yaşar Seyidov dedi ki, sözün var düş aşağıya. Mübariz də aşağı düşdü. Görüntülərdə də var ki, Yaşar Seyidov Mübarizə birinci təpik atır, təpik tutmur, ondan sonra dava düşür. Görüntülərdə o da var ki, birdən-birə Mübariz müəllimin üstünə 20 nəfərə yaxın adam hücum çəkir. Görüntüləridə birazdan təqdim edəcəyik. Burada aydın görünür. Davanın daha da böyüməsinə biz imkan vermədik. Polisin də müdaxiləsindən sonra ara sakitləşdi. Siz özünüz də şahid oldunuz ki, biz - "Neftçi" rəhbərliyi aranın sakitləşdirilməsinə çalışdıq. Hər iki tərəfi araladıq, qoymadıq ki, insident daha da böyüsün. Davanın qarşısını almağa biz cəhd göstərdik. Sonradan demək ki, davanı Mübariz Xudiyev salıb, bu, absurd bir fikirdir. Həttə, deyirlər ki, Mübariz Xudiyev hansısa futbolçunu vurub. Bu, ayıbdır, şər-böhtandır. Gəlsinlər, sübut eləsinlər ki, davanı Mübariz Xudiyev salıb. Əgər bunu sübut eləsələr mən bütün ictimaiyyətdən üzr istəyəcəm".

sportmedia.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail