Covanni Trapattoni: “Biz İspaniyaya qalib gələ bilərik”

14.06.2012 | 5500 dəfə oxunub

Bu gün Avro-2012-nin ikinci turu çərçivəsində İspaniya ilə qarşılaşacaq İrlandiya millisinin baş məşqçisi Covanni Trapattoni qarşıdakı matç haqda fikirlərini bölüşüb. Stadium.az xəbər verir ki, təcrübəli italyan mütəxəssis komandasının hazırkı dünya və avropa çempionatlarına qalib gələ biləcəyini düşünür: “Ola bilər ki, İspaniya millisinin heyətində 1-2 yaradıcı futbolçu çıxış etmir. Amma futbol təkcə bundan ibarət deyil. Hesab edirəm ki, biz onlara qalib gələ bilərik. Niyə də olmasın? Axı bizim futbolçular ürəkdən oynayırlar. Biz bir çox güclü komandalarla - Fransa, Bolqarıstan, İtaliya ilə oyunlarda qənaətbəxş nəticə qazanmışıq. Öz oyunumuzu sərgiləyirik. Bura həm yaradıcılıq, həm də texnika daxildir. İlk turun nəticələrindən sonra bütün komandaların play-offa yüksəlmək şansı var. İkinci tur bir çox baxımdan həlledici ola bilər. Amma etiraf etmək lazımdır ki, hazırda çətin vəziyyətdəyik. Amma İspaniyanı məğlub edə bilsək, qrupdakı vəziyyət çox dəyişəcək”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail