Hakimlərimiz Sloveniyaya yollandılar

06.07.2012 | 4790 dəfə oxunub

Yeni mövsümə daha yaxşı hazırlaşmaq üçün hakimlərimiz Sloveniyaya yollanıblar. Stadium.az xəbər verir ki, dünən səhər saatlarında Bakını tərk edən referilər əvvəlcə İstanbula, oradan da Maribora üz tutublar. Poxorye bölgəsindəki “Vidiç” otelinə yollanan referilərimiz səfərə tam heyətlə çıxa bilməyib. Dünən Avroliqada çərçivəsində baş tutan “Olimpiya” (Sloveniya) - “Jeunesse” (Lüksemburq) oyununu idarə edən Fariz Yusifov, Vaqif Musayev, Namiq Hüseynov və Rəhim Həsənov həmkarlarına məhz Sloveniyada qoşulacaqlar. Qeyd edək ki, 2 həftə davam edəcək təlim-məşq prosesi çərçivəsində hakimlərimiz minimum 12 matç idarə edəcəklər. Referilərimizin yerli ölkənin klubları ilə yanaşı, Xorvatiya, Makedoniya, Ukrayna, Serbiya, Türkiyə və Ruminiya təmsilçilərinin də matçlarında fit çalacağı nəzərdə tutulub.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail