“Xəzər Lənkəran” “Nomme Kalyu” ilə oyunöncəsi son məşqə çıxdı FOTOLENT

09.07.2012 | 5845 dəfə oxunub

Sabah Avroliqanın ilk mərhələsinin cavab qarşılaşması çərçivəsində səfərdə “Nomme Kalyu”nun qonağı olacaq “Xəzər Lənkəran” bu gün Estoniyada oyunöncəsi son məşqə çıxıb. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, yerli vaxtla saat 18:45-də baş tutan məşq Estoniya Futbol Federasiyasının məşq meydançasında, daha doğrusu Tallinin “A Le Koq” stadionunun köməkçi meydanında keçirilib. Məşq prosesində komanda tam heyəti ilə iştirak edib.

Bir saat yarım davam edən məşqdə futbolçular fiziki və taktiki baxımından müxtəlif tapşırıqları yerinə yetiriblər. Prosesə yüngül qaçışla yekun vurulub. Onu da qeyd edək ki, məşq Tallində yaşayan bir neçə “Xəzər Lənkəran” azarkeşi tərəfindən də izlənildi.

Xatırladaq ki, sabah Tallinin “Kadrioru” stadionunda baş tutacaq “Nomme Kalyu” - “Xəzər Lənkəran” matçının start fiti Bakı vaxtı ilə saat 20:45-də veriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail