“Sumqayıt”ın yeni transferi: “AZAL da məni istəyirdi”

11.07.2012 | 5796 dəfə oxunub

“Sumqayıt” klubunun yeni transferi, əslən azərbaycanlı olan Pərdis Fərcad-Azad klubun rəsmi internet saytına müsahibə verib.

- Futbola gəlişin necə baş tutub?

- 12 aprel 1988-ci ildə Almaniyanın paytaxtı Berlində anadan olmuşam. 10 yaşım olarkən valideynlərim tərəfindən “Herta”nın futbol məktəbinə yazıldım. 3 il bu klubda çıxış etdim. 2000-ci ildə “Herta 03 Zehlendorf” klubuna transfer olundum. 2007-ci ildə isə “FC Carl Zeiss Jena” klubu ilə peşəkar müqavilə imzaladım. Bir mövsüm ərzində 36 qarşılaşmada 7 qol vurmuşam. 2009/2010 mövsümünü isə “Plauen” klubunda keçirmişəm. Bu komanda ilə 20 görüşdə forma şansı qazanmışam və 3 qol vurmuşam. 2010-2012-ci illər ərzində isə “Berliner AK” klubunda çıxış etmişəm. Bu komanda dördüncü Bundesliqada mübarizə aparırdı. Berlin təmsilçisi ilə 34 oyunda rəqib qapılarından 13 top keçirmişəm.

- “Sumqayıt” Futbol Klubuna gəlişin necə baş tutdu?

- “Sumqayıt” Futbol Klubunun rəhbərliyi hələ ötən mövsüm mənim xidmətimdə maraqlı idi. Bu klubdan təklif aldıqdan sonra Azərbaycan futbolu ilə maraqlanmağa başladım. İl ərzində milli komandanın oyunlarını izləyirdim. “Sumqayıt”ın rəsmi saytı vasitəsi ilə isə çempionat və komanda haqqında məlumat toplayırdım. Qeyd edim ki, ötən ilin yanvarında AZAL-dan da təklif almışdım. Hətta “Berliner AK”ın heyətində bu kluba qarşı yoldaşlıq oyununda dubl etmişdim.

- Azərbaycanda qohumlarınız var?

- Əslən azərbaycanlıyam. Nənəm Həmidə Bağırovanın ailəsi Bakıdandır. Bildiyimə görə, burada qohumlarımız olmalıdır. Lakin onlarla əlaqə “yox” dərəcəsindədir. Əksər qohumlarımız hazırda Cənubi Azərbaycanda yaşayır. Əsasən, Novruz Bayramı ərəfəsində yaxınlarımızla sıx-sıx görüşürük.

 - Komanda haqqında ilk təəssüratların. Ampluaca hansı mövqedə çıxış edirsən?

- Mən Sumqayıtda 4 gündür məşq edirəm. Özüm də hələ tam hazır deyiləm. Bir aydan çoxdur ki, məşq etmirəm. Amma tezliklə hazır olacağıma inanıram. Gəldiyim gün baş məşqçi Bernhard Raabla tanış oldum. Almaniyalı mütəxəssis məşqləri olduqca maraqlı keçir. Uşaqların əksəriyyəti ilə də tanış olmuşam. Komandanı çox bəyəndim. Çempionatın startını səbirsizliklə gözləyirəm. Ampluaca yarımmüdafiəçiyəm. Həm sol cinahda, həm də yarımmüdafiə xəttinin mərkəzində çıxış edirəm. “Sumqayıt”da 7 nömrəli futbol formasını geyinəcəyəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail