“Mübariz Mənsimovun komanda ilə biryerdə olması futbolçulara əlavə güc verdi”

14.07.2012 | 5583 dəfə oxunub

“Builki avrokubok oyunlarından hələki narazılıq yoxdur”. Stadium.az xəbər verir ki, bu sözləri PFL-in prezidenti Ramin Musayev deyib. R.Musayev “Bakı”nın məğlubiyyətinin onun üçün də gözlənilməz olduğunu bildirib: “Düzdür, “Bakı” klubunda müəyyən anlaşılmazlıq oldu. Gözləmirdik ki, “Bakı” məğlub olar. Ancaq bu futboldur və futbolda hər şey ola bilər. Bəzən gözlənilmədən köklü bir komandanı adi bir klub udur. “Bakı”nın mərhələ adlamamasının birinci səbəbkarı Bakıda olan oyundakı hakimin qeyri-peşəkar qərarları oldu. Ancaq mən inanıram ki, “Bakı” Premyer Liqada özünü daha yaxşı göstərəcək. Çünki yeni gələn futbolçular hələ komandaya tam alışmayıblar. Bu özünü “Bakı”nın son oyununda da göstərdi”.

PFL başçısı həmçinin digər klublarımızın da çıxışına toxunub: “İnter” də çox gözəl oyun nümayiş etdirdi. Çoxları inanmırdı ki, “Xəzər Lənkəran” növbəti mərhələyə keçəcək. Ancaq mən əmin idim ki, “Xəzər Lənkəran” mərhələ adlayacaq. Çünki komandanın həm transferləri ilə, həm də baş məşqçisi ilə maraqlanırdıq və ən əsası klubun rəhbəri Mübariz müəllimin komanda ilə biryerdə olması, mənə elə gəlir ki, futbolçulara əlavə bir güc verdi və “Xəzər Lənkəran” qələbə qazandı. İnanıram ki, iyulun 17-də “Neftçi” də öz azarkeşlərini sevindirəcək. Hər üç klubumuza növbəti mərhələlərdə uğurlar arzulayıram”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail