Dieqo Koşta: "Yalnız bundan sonra çempion ola bilərik"

15.07.2012 | 6736 dəfə oxunub

"Qəbələ"nin yeni transferi, braziliyalı qapıçı Dieqo Koşta Silva klubun rəsmi internet saytına müsahibə verib.

- 2 həftədən artıqdır ki, “Qəbələ”nin üzvüsən. Yeni komandan haqda təəssüratlarını bilmək maraqlı olardı...

- İndiyə kimi yeni komandamla bağlı gördüklərim ən xoş sözlərə layiqdir. Şəraitdən sözün həqiqi mənasında zövq alıram. “Qəbələ” yeni klub olsa da, infrastrukturu sürətlə inkişaf edir. Bu cür şərait peşəkar, yüksək səviyyəli futbolçular yetişdirməyə imkan verir.

- Hazırlıqlarınız necə gedir?

- Hər şey qaydasındadır. Bütün kollektiv səylə çalışır. Hər kəs üzərinə düşən məsuliyyəti dərk edir. Çempionatda istədiyimiz nəticəni əldə etmək üçün fiziki və taktiki cəhətdən hazır olmalıyıq. Gün keçdikcə ideal hazırlıq səviyyəsinə bir az daha yaxınlaşdığımızı hiss edirik.

- Komandadakı daxili ab-hava necədir?

- Özümü çox pozitiv hiss edirəm. Bu, bütün futbolçularda belədir. Hamı bir-birinə müsbət enirji verir. “Qəbələ” klubun gələcəyini düşünən, onun inkişafına səy göstərən insanlardan təşkil olunub.

- Komanda daxilindən söz düşmüşkən özünə arxada qoyduğumuz qısa müddət ərzində dost tapa bilmisən?

- Biz ailə kimiyik. Kollektivə qoşulduğum gündən hamı uyğunlaşmaqda mənə kömək edib. Komandada daha 3 braziliyalı - Dodo, Daniel Kruz və Bruno da Silva olduğuna görə ilk gündən heç bir çətinliyim olmadı. Artıq onlarla yaxın dostam. O cümlədən yerli və əcnəbi futbolçular da adaptasiya prosesində yardımçı olublar. Onlarla rahat anlaşa bilirəm. Təbii ki, bu prosesin sürətlə inkişafında məşqçilər korpusunun əməyini də unutmaq olmaz.

- “Qəbələ”nin bu mövsüm qarşısına qoyduğu məqsədlərdən xəbərdarsan. Fikrincə komanda bu məqsədinə - çempionluq hədəfinə çata biləcək?

- Futbol təcrübəmə əsaslanaraq onu deyə bilərəm ki, “Qəbələ”də çempion olmaq üçün həm infrastruktur baxımdan, həm də peşəkarlıq baxımından hər cür şərait yaradılıb. Lakin biz istədiyimiz hədəfə çatmaq üçün çox çalışmalı, klubun bütün üzvləri ilə qüvvələrimizi birləşdirməliyik. Hər kəs qələbəyə köklənməlidir, qələbə ab-havasında olmalıdır. Bütün kollektiv çempionluğun mümkünlüyünə inanmalıdır. Yalnız bundan sonra biz çempionluğu əldə edə biləcəyik.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail