Jaba “Xəzər Lənkəran”da oynamağa hazırdı

21.07.2012 | 6899 dəfə oxunub



“Bakı”nın sabiq hücumçusu Jaba hazırda klubsuzdu. Türkiyədə özünə yeni klub axtaran braziliyalı forvard yenidən ölkəmizdə çıxış etməyə hazırdı. Stadium.az xəbər verir ki, Jaba hətta sabiq klubu “Bakı”nın əzəli rəqibi, hazırda hücumçu axtarışında olan “Xəzər Lənkəran”da oynamağa da razıdı.

Braziliyalı futbolçu Türkiyə futbolundakı maliyyə durumundan gileylənib: “Türkiyədə pul yoxdu. Ona görə klublarla anlaşa bilmirəm. “Antalyaspor”da 4 ay oynadım, bir qəpik də almadım. Deyirlər, pul yoxdu, nə istəyirsən et. Hazırda danışıq apardığım klublar da az pul təklif edirlər. Adamın oynamağa heyfi gəlir... Türkiyədə son vaxtlar kasıbçılıqdı, əvvəllər başqa cür idi. Danışıq apardığım klublar Superliqada çıxış edir, Bank Asiya liqi mənlik deyil”.

Jaba ölkəmizə mümkün qayıdışı haqda deyib: “Təklif olsa, gələrəm. Niyə də yox? Təki klub yaxşı olsun, maaşlar vaxtı-vaxtında verilsin. Tələb etdiyim məbləğ fantastik deyil, Azərbaycan üçün normaldı. 350 min dollar verən klub olsa, gəlib, oynayaram. Həmişə məşq edirəm, fiziki cəhətdən də problemim yoxdu. “Xəzər Lənkəran” məni transfer etmək istəsə, məmuniyyətlə razılaşaram. Çempionluğa oynayan komandadı, üstəlik Avroliqada da çıxış edir. Yaxşı da azarkeşləri var”.

Sonda sabiq klubunun Avroliqadakı çıxışına toxunan Jaba deyib: “Bakı” yaxşı komandadı. Heyətlərində yaxşı futbolçular var. Hər iki oyunda “Mura”dan üstün oynadılar. Amma nə isə alınmadı. Komandanın içində olmadığımdan, konkret səbəb göstərə bilmərəm”.      


Futbol+


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail