“Kapellonun gəlişi DÇ-2014-ün final mərhələsinə vəsiqə qazanacağımıza təminat verir?”

28.07.2012 | 3914 dəfə oxunub


Moskva “Spartak”ının keçmiş üzvü Sergey Qorlukoviç Fabio Kapellonun Rusiya millisinin baş məşqçisi təyin olunmasına münasibət bildirib. Stadium.az xəbər verir ki, veteran müdafiəçi italyan mütəxəssisin təyinatını heç də yaxşı qarşılamayıb: “Mən Kapellonun təyinatına qarşıyam. Çünki 2018-ci ildə dünya çempionatı məhz bizim ölkəmizdə keçiriləcək və həmin vaxt millinin başında ancaq yerli mütəxəssis durmalıdır. Axı bu milli proektdir. Növbəti dəfə böyük pullar ölkə xaricinə gedəcək. Məgər Kapellonun gəlişi bizim qarşıdakı dünya çempionatının final mərhələsinə vəsiqə qazanacağımıza təminat verir? Bizim ölkədə futbolçu seçimi elə də geniş deyil. Bu səbəbdən də millini yerli mütəxəssis çalışdırmalıdır. Kimin nəyə qadir olduğunu yerli məşqçilərimizdən yaxşı heç kim bilə bilməz. Amma əcnəbi baş məşqçi gələn kimi deyir ki, Rusiyada futbol mentalitetini dəyişmək lazımdır. Bu ağılsızlıqdır”.

Xatırladaq ki, Rusiya millisi Dünya Çempionatı-2014-ün seçmə mərhələsində Azərbaycan millisi ilə bir qrupda yer alıb.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

21.01.2020

20.01.2020

19.01.2020

23:24  "Lecce" - "İnter" - 1:1 VİDEO

12:00  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:03  "Real" - "Seviliya" - 2:1 VİDEO

18.01.2020

11:24  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

17.01.2020

10:43  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

16.01.2020

03:18  "Monako" - PSJ - 1:4 VİDEO

02:07  "Milan" - "Spal" - 3:0 VİDEO

   
  O Q H M T-f X
1. Qarabağ 14 9 4 1 24-7 30  
2. Keşlə 14 6 5 2 18-12 23  
3. Neftçi 13 6 4 3 20-11 22  
4. Sumqayıt 13 5 2 6 17-19 17  
5. Zirə 13 3 5 5 14-21 14  
6. Sabah 13 3 4 6 14-16 13  
7. Səbail 13 3 3 7 9-20 12  
8. Qəbələ 13 3 3 7 13-23 12  
08.12Sabah ---Neftçi
08.12Zirə ---Səbail
08.12Sumqayıt ---Qəbələ
06.12Qarabağ 2-2Keşlə
01.02Zirə -Sabah
01.02Neftçi -Sumqayıt
02.02Səbail -Qarabağ
02.02Qəbələ -Keşlə