London-2012: Cüdoçumuza qalib gələn rusiyalı 1 milyon dollar mükafat alacaq

01.08.2012 | 5078 dəfə oxunub


XXX Yay Olimpiya Oyunlarında kişi cüdoçular arasında 73 kq-da çempion olan Mansur İsaev maraqlı açıqlamalar verib. Stadium.az xəbər verir ki, rusiyalı idmançı qızıl medala görə 1 milyon dollar mükafat alacağını qeyd edib: “Ötən olimpiadanın cüdo yarışında Rusiya millisi qızıl medala həsrət qalmışdı. Bu səbəbdən də Londonda çoxları bizdən uğur gözləmirdi. Lakin yeni məşqçinin gəlişindən sonra hər şey dəyişdi. Xeyli sayda təlim-məşq toplanışı keçdik, çox güclü hazırlaşdıq. Nəticədə uğur qazanacağımıza inam yarandı. Çox şadam ki, mən də çempion adını qazana bildim. Onu da deyim ki, olimpiadadan sonra Çelyabinskə yollanacağam. Axı qubernatorumuz mənə uğur qazanacağım halda 1 milyon dollar söz verib”.

Xatırladaq ki, İsaev çempionluğa gedən yolda - 1/8 finalda çüdoçumuz Rüstəm Orucovu ipponla məğlub edib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail