London-2012: Boksçumuz öz çəkisində hamıdan dəqiq oldu

02.08.2012 | 5874 dəfə oxunub


Xəbər verdiyimiz kimi, XXX Yay Olimpiya Oyunlarında ölkəmizi 56 kq çəki dərəcəsi üzrə boks yarışlarında təmsil edən Məhəmməd Abdulhəmidov 1/4 finala yüksəlib. Stadium.az xəbər verir ki, 1/8 finalda yaponiyalı Satoşi Şimuzunu 22:17 hesabı ilə məğlub edən idmançımız öz çəki dərəcəsində ən dəqiq boksçu olub. Belə ki, 56 kq çəki dərəcəsində yarışan və 1/8 finalda mübarizə aparan boksçulardan heç biri rəqibinə bu qədər dəqiq zərbə endirə bilməyib. 22 zərbəsi dəqiq olan Məhəmmədin ən yaxın izləyicisi 21 dəqiq zərbə ilə kubalı Lazaro Estrada Alvarez olub. Qeyd edək ki, kubalı boksçu ABŞ-ı təmsil edən Diaz Josephi 21:15 hesabı ilə üstələyib. Növbəti mərhələdə boksçumuzun rəqibi olan əlcəzairli Ouadahi isə 1/8 finalda rəqibinə yalnız 16 dəqiq zərbə endirə bilib.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail