Tahir Gözəl: "Qarabağ"ın tək hədəfi var - çempionluq"

05.08.2012 | 6299 dəfə oxunub


Bu gün "Qarabağ" üçün növbəti Azərbaycan çempionatı start götürür. Ağdamlılar "İnter"in qonağı olacaq. Ənənəvi olaraq "Qarabağ" mövsümöncəsi dəstəksiz qalmayıb. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, daim komandaya dəstək olan "Qarabağ"ın vitse-prezidenti Tahir Gözel "Azersun Holding" şirkətlər qrupunun rəhbər heyətindən Fevzihan Arasla birlikdə ağdamlıların məskunlaşdığı otelə gələrək, startöncəsi dəstəyini nümayiş etdirib. Tahir bəy futbolçuları salamladıqdan sonra komandanın baş məşqçisi Qurban Qurbanov yeni transferləri rəhbərliyə təqdim edib. Tahir Gözəl nitqində "Qarabağ"ın ölkənin ən özəl komandası olduğunu vurğulayıb. Stabil heyətlə çıxış edən komandanın artıq hərtəfəli təcrübə qazandığını və artıq komandanın tək hədəfi - çempionluq olduğunu bildirdi. Fevzihan Aras da "Qarabağ"ın istənilən komandanı yenməyə qadir olduğunu, ötən mövsüm bəzən hədsiz motivasiyanın komandanın əleyhinə işlədiyini vurğulayıb. O da komanda üçün artıq qızıl medalları qazanmağın vədəsinin yetişdiyini bildirib. Sonda rəhbərlik futbolçulara "İnter"lə oyunda uğurlar arzulayıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail