Raab: "Hər şeyi edəcəyik ki, "Qarabağ"la oyundan qələbə ilə ayrılaq"

14.08.2012 | 4681 dəfə oxunub


Premyer Liqanın 3-cü turu çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Qarabağ”ı qəbul edəcək “Sumqayıt” hazırlığını davam etdirir. Stadium.az xəbər verir ki, komandanın baş məşqçisi Bernhard Raab klubun rəsmi internet saytına arxada qalan iki turu dəyərləndirib: “Premyer Liqanın ilk turunda AZAL-la qarşılaşdıq. Paytaxt klubunun heyətində ötən mövsümə nisbətən xeyli dəyişikliklər olmuşdu. İndiki AZAL, ötən ilki komandadan qat-qat güclü idi. Bu oyunda uşaqlar verilən tapşırıqların öhdəsindən gəldi. Baxımlı oyun nümayiş etdirib bir xal qazandıq. “Turan”la oyuna gəldikdə isə, rəqibin ilk turda “Kəpəz”lə matçını izləmişdim. Bu komandanı mütləq məğlub etməli idik. Bu səbəbdən Tovuza yalnız qələbə üçün yollanmışdıq. İlk hissənin ortalarında bir futbolçumuz meydandan qovulsa da, uşaqlar əzmkarlıq nümayiş etdirib qələbəni qazandı. Dörd xal çempionatın startı üçün yaxşı nəticədir. Lakin indiki halda komanda haqqında ciddi fikir yürütmək olmaz. Düşünürəm ki, qarşıdakı turlarda komandanın nəyə qadir olduğu görünəcək”.

Bernhard Raab həmçinin “Qarabağ”la oyun haqqında da danışıb. Almaniyalı mütəxəssis Ağdam klubunu ölkə çempionatının ən yaxşısı adlandırıb: “Xatırladım ki, “Sumqayıt” ötən mövsüm ilk xalını məhz “Qarabağ”dan almışdı. İlk səfər qələbəmiz də Ağdam klubuna qarşı oyunda qazanılıb. Buna baxmayaraq, “Qarabağ” Premyer Liqanın ən stabil və güclü komandalarından biridir. Rəqibin heyətində milli komandanın əsas simaları çıxış edir. Ötən mövsümü də nəzərə alsaq, rəqib oyuna daha hirsli başlayacaq. Biz klub olaraq, bu oyuna çox ciddi hazırlaşırıq. Öz tərəfimizdən hər şey edəcəyik ki, bu görüşdən qalib ayrılaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail