“Bakı”nın futbolçusu “Sports.ru”nun seçilmişləri arasında

15.08.2012 | 5616 dəfə oxunub



Rusiyanın məşhur “sports.ru” portalı bu gün maraqlı yazı dərc edib. Stadium.az xəbər verir ki, rusiyalı həmkarımız Arkadi Zaytsev bir vaxtlar böyük uğur qazanan, lakin hazırda karyeralarının qürub çağını yaşayan futbolçular haqda material hazırlayıb. “Hələ də karyerasını davam etdirən 22 futbolçu” başlıqlı yazıda “Bakı”nın üzvü Maris Verpokovskiyə də yer tapılıb. Latviyalı futbolçu ilə yanaşı yazıda Lyudovik Juli 36 yaş (hazırda Fransanın “Loryan” klubunda çıxış edir), Deku 34 yaş (“Fluminense”, Braziliya), Juninyo Pernambukano 37 yaş (“Vasko De Qama”, Braziliya), David Odonkor 28 yaş (“Qoverla”, Ukrayna), Rivaldo 40 yaş (“Kabuşkorp”, Anqola), İan Hart 34 yaş (“Redinq”, İngiltərə), Yari Litmanen 41 yaş (HİK, Finlandiya), Jilberto Silva 35 yaş (“Qremio”, Braziliya), Ze Roberto 38 yaş (“Qremio”, Braziliya), Fərid Mondraqon 41 yaş (“Deportivo Kali”, Kolumbiya), Tomaş Repka 38 yaş (“Dinamo”, Çexiya), Robbi Fauler 37 yaş (“Kolkata Kamelians”, Hindistan), Kevin Filips 39 yaş (“Blekpul”, İngiltərə), Maksim Şatskix 33 yaş (“Arsenal” Kiyev Ukrayna), Dmitri Xlestov 41 yaş (“Spartak” Şelkova, Rusiya), Maksim Buznikin 35 yaş (“Lokomotiv2”, Rusiya), Denis Zubko 37 yaş (“Energiya”, Rusiya), Aleksandr Filimonov (“Arsenal” Tula, Rusiya) kimi tanınmışların adları yer alıb.

Yazının müəllifi “Bakı”da çıxış edən Verpokovski haqda bunları qeyd edib:  

“Latviya futbolu tarixinin ən yaxşı hücumçusu heç cür böyük klublarda forma geyə bilmədi. O bütün əzablarını Kiyevdə qoyaraq, “Bakı”ya üz tutdu. Maris hətta Azərbaycan çempionatında demək olar ki, qol vurmasa da, hələ də milli komandaya dəvət alır. O klubunda da daim əsas heyətdə meydana çıxaraq, bir vaxtlar “Lokomotiv”dən tanıdığımız Unston Parksla birgə tandem təşkil edir”.

Qeyd edək ki, yazıya xeyli şərh gəlib. Həmin şərhlərdən birində Ern adlı istifadəçi yazıb: "Bakı"nın irəli xəttində maraqlı bir tandem var" 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail