“Neftçi” bəyanat yayıb, azarkeşləri diqqətli olmağa çağırdı

23.08.2012 | 3003 dəfə oxunub


Bu gün Avroliqanın play-off mərhələsi çərçivəsində APOEL-lə qarşılaşacaq “Neftçi” bəyanat yayıb. Stadium.az klubun rəsmi internet saytında yer alan bəyanatı olduğu kimi təqdim edir:

“Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi olan "Neftçi" PFK tarixi bir oyunun ərəfəsindədir. Avroliqa turnirinin pley-off mərhələsində çıxış edən komandamız APOEL səddini keçəcəyi təqdirdə sözü gedən yarışın qrup mərhələsinə vəsiqə qazanacaq. Klub olaraq məsuliyyətimizi anlayırıq. Məhz bu tarixdə Füzuli və Cəbrayıl rayonları erməni separatçıları tərəfindən işğala məruz qalıb.

Qələbəyə aparan yolda "Neftçi"nin böyük azarkeş dəstəyinə ehtiyacı var. Belə bir gündə nəinki azarkeşlər, ümumiyyətlə hər bir Azərbaycan vətəndaşı Flaqmanın ətrafında birləşməlidir. "Neftçi" PFK olaraq komandamızı dəstəkləməyə gələcək futbolsevərləri diqqətli olmağa və baş verə biləcək hər hansı təxribata getməməyə çağırırıq. İstənilən xoşagəlməz hal UEFA tərəfindən çox ciddi sanksiyaların verilməsi ilə nəticələnə bilər. Bu isə xalqımızı və dövlətimizi istəməyənləri sevindirəcək. İnanırıq ki, azarkeşlərimiz, ürəyi Azərbaycan futbolu ilə döyünən hər bir vətəndaşımız bu gün həmrəylik nümayiş etdirərərək komandamızı layıqli bir şəkildə dəstəkləyəcək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail