"Azərbaycan mentalitetində qadın futbolu yoxdur”
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Sissi Rayt FİFA-nın rəsmi saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:
- Azərbaycanda
fəaliyyətə başlayanda orada durum necə idi?
- Əslində, orada işimə sıfırdan deyil, ondan da
aşağıdan başladım. Çünki həmin vaxt qızların heç futbol haqda anlayışı belə yox
idi.
-
Qadınlar futboldan bu qədər uzaq idi?
- Ola bilər ki, televizorda bir neçə oyun izləmişdilər.
Amma özləri heç vaxt oynamayıblar.
- Belə
vəziyyətdə hansı addım atdınız?
- İlk işimiz Azərbaycanı gəzmək oldu ki, ölkənin
müxtəlif yerlərində istedadlı qızlar axtarışına çıxdıq.
-
Seleksiya işini necə aparırdınız?
- Bədən tərbiyəsi dərsi səviyyəsində futbolun
oynanıldığı məktəblərdə olur, müəllimlərlə danışırdıq. Bu yolla futbol oynamaq
istəyən qızları tapırdıq.
-
Seçimdə nəyə üstünlük verirdiniz?
- Məşqlərə əsasən onların istedadı olub-olmamağını
üzə çıxarırdıq. Azca istedad və fiziki göstəricilərin olması kifayət edirdi ki,
komandaya cəlb edək.
- Bu
yolla futbolçu yığa bildiniz?
- İlk mərhələdə 50 futbolçu seçdik. Sonra isə
onlardan 34-ü hazırlıqlara qatıldı.
- Niyə
belə az?
- Bu iş sizə asan gəlməsin. Çünki Azərbaycan
mentalitetində qadın futbolu yoxdur. Özü də ümumiyyətlə futbol bu ölkədə 2-ci dərəcəlidir.
Orada şahmat yaxşı oynayırlar, fərdi idman növlərində - güləş, taekvondoda uğur
qazanırlar. Komanda idman növlərində isə xüsusilə, topla oyunlarda bu, az-az
olur. 2 il əvvəl qadın futbolunda heç nə yox idi.
- Belə
vəziyyətdə niyə Azərbaycana getdiniz?
- Həlledici amil AFFA-nın baş katibinin qarşıma
qoyduğu tapşırıq oldu. O, Münhendə qonağımız olanda mənə elə şeylər dedi ki,
lap dəli oldum. O bildirdi ki, futbol çempionatı olmayan ölkədə DÇ-yə qatılacaq
yığma yaratmaq vəzifəsinin öhdəsindən gəlməliyəm. Bu təklif mənə çox maraqlı gəldi.
-
Qarşıdakı dünya çempionatında yeni yaranan komandanız üçün çətin olmayacaq ki?
- Biz dünyanın ən güclü 15 komandası ilə
oynayacağıq. Belə olan halda, uğursuzluq da mümkündür. Azərbaycan qadın futbol
tarixinə bələd olanlar bilir ki, bu bizim üçün yaxşı təcrübə olacaq. Kolumbiya
ilə debüt oyununda uğur qazanmağa çalışacağıq. Bunun üçün azarkeşlərin dəstəyi
də lazımdır. Kanada və Nigeriya ilə qrup oyunlarımız da çətin olacaq. Onlar
fiziki cəhətdən bizi üstələyirlər. Bizə balaca möcüzə lazımdır ki, uğur
qazanaq. Futbolda isə belə şeylər olur.
-
Qarşıdakı mundiala Azərbaycanda necə münasibət var?
- Ölkədə əsl futbol bayramı olacaq. Azərbaycanda
heç vaxt futbol üzrə dünya və Avropa çempionatının final mərhələsi keçirilməyib.
Bakıda bundan məmnundurlar. Mən isə hiss edirəm ki, start yaxınlaşdıqca həyəcanım
artır.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |