Rusiya futbolunun rəhbəri: “Azərbaycanla oyun çətin keçəcək”

15.09.2012 | 4296 dəfə oxunub

Rusiya Futbol İttifaqının prezidenti Nikolay Tolstıx Rusiya millisinin dünya çempionatının seçmə mərhələsindəki startını dəyərləndirib. Stadium.az xəbər verir ki, Tolstıx oktyabrda Moskvada Azərbaycan millisinə qarşı baş tutacaq görüş haqda da danışıb: “İlk növbədə bütün rusiyalı azarkeşləri millimizin uğurlu startı münasibətilə təbrik edirəm. Bu dönəmdə əsas vəzifənin öhdəsindən gəldik. Layiqli çıxış edərək, 2 oyundan 6 xal götürdük. Millimizin oyun keyfiyyətinin yüksək olması da məni çox sevindirir. Bütün diqqətimizi dünya çempinatının final mərhələsinə yüksəlməyə yönəlmişik. Qarşıda bizi daha iki vacib oyun gözləyir. Azərbaycan və Portuqaliyaya qarşı baş tutacaq qarşılaşmalar çətin keçəcək. Həm məşqçilər korpusu, həm də futbolçular bu oyunların məsulliyətini dərk edir. Bu qarşılaşmalardan da maksimum xal götürəcəyimiz halda böyük üstünlük qazanacağıq, çünki qarşıdakı oyunlar çox böyük əhəmiyyətə malikdir. Kapello kimi məşqçi Portuqaliya millisindən qorxa bilməz. O da rəqibdən çəkinmir. Amma etiraf edək ki, qrupda ilk pilləni tutmaq uğrunda əsas rəqibimiz olan Portuqaliya millisi ilə matç həddindən artıq çətin keçəcək”.   



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail