Mundialın 1/4 finalçıları mətbuat konfransı keçirəcək

03.10.2012 | 3534 dəfə oxunub

Ölkəmizdə keçirilən FIFA U-17 qadınlararası dünya çempionatı artıq 1/4 final mərhələsinin oyunlarına qədəm qoyub. Stadium.az AFFA-nın rəsmi internet saytına istinadən xəbər verir ki, 1/4 final oyunları çərçivəsində Nigeriya - Fransa, Koreya XDR - Kanada, həmçinin Yaponiya - Qana, Almaniya - Braziliya komandaları müvafiq olaraq 4 və 5 oktyabr tarixlərində 8 KM stadionunda qarşılaşacaqlar. Komandaların 1/4 final oyunlarına hazırlığı, gözləntiləri və digər məsələləri şərh etmək üçün bu gün saat 18.30-da Kanada, Koreya XDR, Nigeriya və Fransa komandalarının baş məşqçilərinin iştiraki ilə 8 KM stadionunda mətbuat konfransı keçiriləcək. Oktyabrın 4-də saat 15.30-da isə eyni məkanda Qana, Yaponiya, Almaniya və Braziliya komandalarının mətbuat konfransı təşkil olunacaq. FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin akkreditasiyasından keçmiş media nümayəndələrinin mətbuat konfranslarında iştirakı sərbəstdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail