Sadıq Sadıqov: "Ən ödənişli futbolçumuz ildə 300 min avro qazanır"

03.10.2012 | 3563 dəfə oxunub

“Neftçi”nin prezidenti Sadıq Sadıqov İtaliyanın “La Gazetta Della Sport” qəzetinə müsahibə verib. Stadium.az xəbər verir ki, "Neftçi"nin rəhbəri ilə görüşmək üçün qəzetin redaktoru Cianni Merlo ölkəmizə səfər edib. Sadıq Sadıqov ilk öncə "Neftçi"yə gəlişindən danışıb:

- 2009-cu ilin dekabrın 9-da klubun prezidenti təyin olundum. Çempionatımız 2 mərhələdən ibarətdir. 12 komanda 22 oyundan ibarət təsnifat mərhələsində çıxış edir. İlk “altılıq”da yer alan komandalar final mərhələsində mübarizə aparır. Məhz oradakı 10 oyun hansı komandanın çempion olmağına aydınlıq gətirir. Komandamızın 75 yaşı var. 1966-cı ildə SSRİ çempionatının bürünc medalçısı olub. Mən kluba gələn mövsümdə mükafatçılar sırasına düşə bilmədik və buna görə inqilab etməli oldum.

- Necə?

- Çempionatın sonunu gözlədim və 17 futbolçu ilə məşqçini vəzifəsindən azad etdim.

- Praktiki olaraq komandasız qaldınız...

- Yox, mən komandanı yenidən qurdum. 

- Çox pul xərclədiniz?

- Yox. Üçüncü məşqçimiz gənc idi, ona güvəndik. Biz gənc yetirmələrimizə inanırıq. İllik büdcəmiz 7 milyon avro təşkil edir, ən yüksək ödənişli futbolçumuz ildə 300 min avro qazanır. Ancaq rəqəmlər əsas deyil. Klub tədricən inkişaf etməlidir. Mən bunun üzərində çalışdım. Flavinyonu “Korintians”, “Cenoa”nın əlindən aldıq. Bizdə əvvəl icarədə oynadı, sonra transfer hüquqlarını aldıq. Flavinyo komandamızın bir hissəsidir. Meydanı yaxşı görür və uzaqdan fantastik zərbəsi var. Legionerlər və gənc futbolçulardan ibarət heyətlə çempionluğu qazandıq. 

- Bu, sanki nağıldır...

- Bu, real vəziyyətdir. Gənc məşqçimiz təhsilini artırmağa getdi və biz onu buraxdıq. O, bütün kurslarını əla şəkildə bitirdi və indi digər yerlərdə təcrübə yığır. Biz baş məşqçi postuna Böyükağa Hacıyevi təyin etdik və onunla da çempionluğu qazandıq. 

- Ancaq təəssüf ki, 2 ay öncə Hacıyev Moskvada beynindən əməliyyat olundu və hazırda səsində problem var. Siz bu vəziyyətdə nə edirsiniz?

- O, əvvəlki kimi baş məşqçimizdir. Hacıyevin sağ əli Tərlan Əhmədov onun kağızda yazdıqlarını futbolçulara çatdırmaqla meydanda həyata keçirdir. Onlar fantastik cütlükdür. 

- Yayda 7 futbolçunuz əsas komandadan getdi. Onlardan ən yaxşı müdafiəçiniz Lənkərana getdi, əzəli rəqibiniz transfer etdi.

- Biz heyətimizi yenilədik. Gənc futbolçularımızı inkişaf etdiririk. Əsas komandamızdakı 5 futbolçunun yaşları 21-ə kimidir. Braziliyalı Bruno Bertuççu və çilili Nikolas Kanales kimi dəyərli legionerlər aldıq. Avroliqanın qrup mərhələsinin ilk oyununda səfərdə “Partizan”la heç-heçə etdik. Start yaxşı oldu. Hesab edirəm ki, biz növbəti oyunlarımızda “Rubin”dən də xal almaq gücündəyik.

- Bəs “İnter”dən?

- “İnter”ə qarşı oynamaq bizim arzumuzdur. Ancaq bu, həmçinin onu deyir ki, biz qalib gələ bilərik. İtiriləsi heç nəyimiz yoxdur. Əgər növbəti mərhələyə çıxsaq, yəqin ki, heyətimizdə güclənmə olacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail