Andrea Stramaççoni:"Bakıya ancaq qələbə qazanmaq üçün gəlmişik" MÜSAHİBƏ

03.10.2012 | 3885 dəfə oxunub

Sabah Avroliqanın qrup mərhələsinin ikinci turu çərçivəsində Bakıda "Neftçi"nin qonağı olacaq "İnter"in baş məşqçisi Andrea Stramaççoni bu gün Bakıda oyunöncəsi mətbuat konfransı keçirib. Stadium.az xəbər verir ki, italiyalı çalışdırıcı ilk növbədə "Neftçi" haqda danışıb:


İlk oyunda xal itirdiyimizdən, bu dəfə ancaq qələbə qazanmağı düşünürük. Son zamanlar həqiqətən "Neftçi" çox dəyişib. Rəqibin heyətində Vobay, Flavinyo, Kanales və İmamverdiyev kimi futbolçular var ki, onlar bizə başağrısı ola bilər  

- Bəzi aparıcı oyunçularınızı Bakıya gətirməmisiniz. Deməli, "İnter" daha çox Milan derbisini düşünür?

- Bakıya gətirmədiyimiz futbolçulara istirahət vermişəm. Çünki onlar son zamanlar ardıcıl 5 vacib oyun keçiriblər. Zaneti, Kassano və digərlərinə istirahət vermişəm. Onlar həqiqətən də son oyunlarda çox yorulublar. Çox təzyiq altında olduqlarından həmin futbolçular Bakıya gəlmədilər. Mən meydana elə futbolçular çıxaracam ki, onlar bu oyuna fiziki baxımdan daha hazırlıqlı olsunlar. 

- Sizin üçün hansı daha vacibdir: Avroliqa yoxsa "A" seriyası?

"İnter" kimi klubun qarşısına qoyulan məqsəd bütün turnirlərdə yüksək nəticə qazanmaqdır. Biz 3 cəbhədə mübarizə aparırıq. Sonda nələrin baş verəcəyini bilmirik, amma hər oyuna qələbə qazanmaq üçün çıxırıq.

Sabahkı oyun üçün komandanızın motivasiyası necədir?

Biz bu oyuna çox böyük motivasiya ilə çıxacağıq. Çünki Bakıya ancaq qələbə qazanmaq üçün gəlmişik. 

- "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev "İnter"i məğlub edəcəklərini deyib. Bu baş versə nəticə sizin üçün ssensasiya olacaq?

"Neftçi"yə çox böyük hörmətlə yanaşıram. Bu komandanın APOEL və "Partizan"la oyunlarına baxmışıq, həqiqətən də bizə başağrısı ola bilərlər. "Neftçi"nin əlavə üstünlüyü də var ki, bu da evdə oynamasıdır.

Sabah hansı düzülüşə üstünlük verəcəksiz?

Bunu sabah görəcəksiz. Amma onu deyə bilərəm ki, sabah daha çox cinah futbolçularına üstünlük verəcəyik.

- "Neftçi"nin avrokuboklarda evdə 13 ildir uduzmaması sizi qorxutmur ki?

- Mən deyim ki, "Neftçi"nin gücünə bələdik. APOEL-ə qarşı çox gözəl oyun göstəriblər. Sabahkı oyundan sonra baxacam ki, mənim komandamda vəziyyət necədir. Buna uyğun olaraq da, komandamı "Milan"la oyuna hazırlayacam.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail