Böyükağa Hacıyev: "İnter"ə qarşı öz oyunumuzu oynayacağıq" MÜSAHİBƏ

03.10.2012 | 4160 dəfə oxunub

Sabah Avroliqanın qrup mərhələsinin ikinci turu çərçivəsində Bakıda "İnter"i qəbul edəcək "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev bu gün oyunöncəsi məötbuat konfransı keçirib. Stadium.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə rəqib haqda fikirlərini açıqlayıb: 


- "İnter" Avropanın 10 ən nəhəng klubundan biridir. Rəqibə böyük hörmətlə yanaşırıq. Orada böyük futbolçular toplaşıb. Onların son 5 oyunununa baxmışıq. Diqqət çəkir ki, hər oyuna başqa heyətlə çıxır. O komanda əla komandadır ki, stabil heyəti var. Ola bilər ki, mənim gənc həmkarım "İnter"də ekperimentlər aparır. Bunları nəzərə alıb, "İnter"ə qarşı öz oyunumuzu oynayacağıq. Biz sabah italiyanları öz silahları ilə vurmağa çalışacağıq.

Rəqib Bakıya bir neçə oyunçusunu gətirməyib, bu "Neftçi"yə qarşı hörmətsizlik deyil?

- Yəqin ki, onlar "Milan"la oyunu düşünürlər. Onların heyətində 32 futbolçu var, hamısı da əla futbolçulardır. Ona qalsa, bizdə də Cavid İmamverdiyev oynamayacaq, məgər bu, "İnter"ə qarşı hörmətsizlikdir? 

- "İnter" Bakıya yarı heyətlə gəlib, bu "Neftçİ"yə daha böyük çətinlik yaratmayacaqki?

Mən istərdim ki, bizə qarşı karyerasının qürub çağını yaşayan Zanetti, Kassano oynasın. Onlar dağın başını görmüş futbolçulardır, bunlar isə onu görməyə çalışırlar. "İnter"də nə birinci, nə ikinci, nə də üçüncü heyət var. Hamısı əsas heyətdir.

- Bizim futbolçular belə böyük oyunlara adətən psixoloji cəhətdən hazır olmayıb, bəs sizdə necədir vəziyyət?

Mənim hansı oyunumda görmüsüz ki, komandamda psixoloji cəhətdən problem olsun? Bu, heç vaxt olmayıb, heç olmayacaq da.

- Cavid İmamverdiyevin problemi nədədir ki?

Cavid zədə ucbatından oynamayacaq ki, bu da təbii haldır. O perspektivli oyunçudur, amma Cavid oynamayacaqsa, başqası oynayacaq. Çalışacağıq ki Cavidin yeri görünməsin. Başqa heç bir itkimiz yoxdur.

- "Partizan"la oyunlarda Bertiççi və Mahirə tapşırıq vermişdiz ki, hücuma elə də çox qoşulmasınlar. Sabah vəziyyət necə olacaq?

Bu, bizim sirrimizdir, bunu açıqlaya bilmərəm. Sabah komanda meydana çıxanda hər şeyi görəcəksiniz. 



  #1   Adınız: kamil agayev;   E-mail: [email protected]

04.10.2012 06:50

ALLAH komeyiniz olsun uwaqlar... Size INTERLE oyunda ugurlar

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail