Lənkəranda yubiley oyunu

27.10.2012 | 3219 dəfə oxunub

Topaz Premyer Liqasının X turunda “Qarabağ”ı qəbul edəcək “Xəzər Lənkəran” tarixində 25-ci dəfə bu rəqiblə qarşılaşacaq. Stadium.az Lənkəran klubunun rəsmi internet saytına istinadən xəbər verir ki, yubiley qarşılaşması ərəfəsində rəqiblər 22 dəfə çempionat, 2 dəfə kubokda üz-üzə gəliblər. İndiyədək hərəyə 10 dəfə qalib gələn rəqiblər cəmi 4 dəfə heç-heçə ediblər.
 
Bu tarazlığı Lənkəran şəhər stadionunda pozmağa çalışacaq “Xəzər Lənkəran” top fərqində indi də üstünlüyə malikdir. Komandaların çempionatdakı 22 oyununda hər iki tərəf 9 dəfə sevinib. Daha 4 dəfə 1 xalla ayrılan rəqiblərin oyunlarında Lənkəran təmsilçisi 27. Ağdam klubu isə 21 qol sevinci yaşayıb.
 
Yeganə kubok duelindəki 2 matçın hərəsində 1 komanda qalib gəlsə də səfər qolu sayəsində mərhələ adlayan məhz “Xəzər Lənkəran” olmuşdu: 1:0 və 1:2.
 
 “Xəzər Lənkəran”ın “Qarabağ”la bütün oyunları
  
2004/0513.12.2004Çempionatsəfərdə1:3
2004/0515.05.2005Çempionatevdə3:0
2005/0602.10.2005Çempionatsəfərdə1:2
2005/0601.04.2006Çempionatevdə2:0
2006/0709.11.2006Çempionatevdə2:0
2006/0707.05.2007Çempionatsəfərdə4:1
2007/0826.08.2007Çempionatevdə2:0
2007/0802.03.2008Çempionatsəfərdə0:2
2008/0922.11.2008Çempionatevdə1:3
2008/0909.05.2009Çempionatsəfərdə0:1
2009/1030.10.2009Çempionatsəfərdə0:1
2009/1013.02.2010Çempionatevdə0:0
2009/1006.03.2010Kuboksəfərdə1:2
2009/1017.03.2010Kubokevdə1:0
2009/1003.04.2010Çempionatevdə2:1
2009/1009.05.2010Çempionatsəfərdə1:2
2009/1030.10.2010Çempionatsəfərdə1:0
2010/1123.12.2010Çempionatevdə1:2
2010/1110.04.2011Çempionatsəfərdə0:0
2010/1107.05.2011Çempionatevdə1:1
2010/1117.09.2011Çempionatsəfərdə1:0
2011/1210.12.2011Çempionatevdə0:0
2011/1211.03.2012Çempionatsəfərdə0:1
2011/1211.05.2012Çempionatevdə4:1
 
 
 * İki komandanın oyunlarında 3 böyükhesablı nəticə qeydə alınıb. Hər 3 halda “Xəzər Lənkəran” qələbə qazanıb: 2004/05 mövsümündə 3:0, 2006/07 mövsümündə 4:1 və ötən mövsümün son turunda da 4:1.
* “Qarabağ”la oyunlarda 96 futbolçu “Xəzər Lənkəran”ın formasını geyib.
* Rahid Əmirquliyev hamıdan çox – 18, Kamran Ağayev 16, Radomir Todorov 14 dəfə bu matçlarda iştirak edib.
* Dəqiqə etibarilə “Qarabağ”a qarşı ən çox oynayanlar da bu 3 futbolçudur. Kamran 1440, Rahid 1321, Radomir isə 1228 dəqiqə “Qarabağ”a qarşı oynayıb.
* “Xəzər Lənkəran”ın “Qarabağ”ın qapısından keçirdiyi 29 qola 18 futbolçu imza atıb.
* Samir Əliyev Ağdam təmsilçisini hamıdan çox – 4 dəfə məyus edib.
* Bu oyunlarda Mario Souza – 3, Rəşad Abdullayev, Alim Qurbanov, Emeka Opara, Zaur Ramazanov, Eder Bonfim, Edmond N'Tiamoa – hərəsi 2, İvan Tsvetkov, Adrian Pit, Kristian Martins Kabral, Junior Osvaldo, Konstantin Arbanas, Elmar Baxşıyev, Robert İlyeş, Rendal Brenes, Sadio Tounkara, Xorxe Dias – hərəsi 1 qol vurublar.
* “Qarabağ”la oyunlarda “Xəzər Lənkəran”ın 38 futbolçusu vərəqə ilə cəzalanıb.
* Onlar ümumilikdə 65 vərəqə alıblar.
* Dieqo Souza 6, Elnur Allahverdiyev 5, Alim Qurbanov isə 4 vərəqə alıb.
* Komandanın bu matçlarda meydandan qovulan 2 üzvü isə Dieqo ilə Elnurdur. Onlar hərəyə 1 qırmızı vərəqə alıblar.
* “Qarabağ”la oyunlarda “Xəzər Lənkəran”ın 4 qapıçısı iştirak edib. Kamran Ağayev 16 oyunda 11, Aleksandr Martyoşkin 4 oyunda 5, Dmitri Kramarenko 3 oyunda 6, Kamal Bayramov 1 matçda 1 qol buraxıb.
* “Xəzər Lənkəran”ın “Qarabağ”la oyunlarında 3 penalti təyin olunub. İvan Svetkov komandanın yeganə şansından yararlana bilib.
* Rəqibin zərbələrini isə Kamran Ağayevlə Aleksandr Martyoşkin buraxıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail