39 komandadan "Bakı"ya 401 qol

31.10.2012 | 3109 dəfə oxunub

Topaz Premyer Liqasının XI turunun AZAL-la oyununda buraxılan ilk qol “Bakı” üçün yubiley xarakteri daşıyıb. Stadium.az PFL-in rəsmi internet saytın aistinadən xəbər verir ki, Viktor İbekoyinin vurduğu top paytaxtın eyniadlı təmsilçisinin Premyer Liqada buraxdığı 400-cü qol olub.

2004-cü ildən indiki adını daşıyan “Bakı” əvvəllər də oynadığı matçlarla birlikdə güclülər dəstəsində 426-cı qarşılaşmasına çıxıb. Bu oyunlarda komandanın 190 qələbəsi, 98 heç-heçəsi və 138 məğlubiyyəti var. Turnir cədvəllərinə əsasən top fərqi 559-410 olan komanda 8 texniki qələbə və 3 texniki məğlubiyyətlə üzləşib. Bu isə komandanın 535 qol vurub 401-ni buraxdığını göstərir.  

Bakılılar 2001/02 mövsümündə ən çox – 53 qol, 2006/07 mövsümündə ən az 10 qol buraxıb. Cari mövsüm isə onlar artıq 8 dəfə qapısında qol görüb.

Paytaxt təmsilçisi indiyədək qarşılaşdığı 39 komandadan ikisindən qol buraxmayıb. “Ədliyyə” 4, ABN isə 2 qarşılaşmada “Bakı”nın qapısına yol tapmayıb. “Neftçi” 57, “Qarabağ” 46, “Kəpəz” 37 qol vurmaqla “Bakı”nın qapıçıları üçün ən qeyri-münasib rəqib olublar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail