Qurban Qurbanov: "Komandada ciddi problemlər var"

31.10.2012 | 4363 dəfə oxunub

"Komandada ciddi problemlər var. Bütün bunlar göz qabağındadır, bunu danmaq olmaz. Təəssüf ki, bu gün oyunumuz alınmadı. Daha doğrusu, rəqib istədiyimiz oyunu sərgiləməyə imkan vermədi". Stadium.az xəbər verir ki, bu sözləri Topaz Premyer Liqasının XI turunda öz meydanında "Qəbələ"yə 1:2 hesabı ilə məğlub olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Təcrübəli mütəxəssis meydana sonradan çıxanların yaxşı oynamadığını bildirib: "Rauf Əliyevin hücumun sivri ucunda oynamasını planlaşdırmışdıq. Ancaq rəqib buna imkan vermədi, Rauf tez-tez topu almaq üçün meydanın mərkəzinə qədər geri çəkilirdi. Problemləri konkret kiminsə üstünə atmaq düzgün olmazdı. Bu, bütün kollektivin xətasıdır. Elnur Abdulov və bir neçə gənc futbolçu məşqlərdə özlərini yaxşı tərəfdən göstərdikləri üçün start heyətdə yer almışdılar. Əvəzetmələrə gəlincə, meydana sonradan çıxanlar yaxşı oynamadılar. Meydana girdikləri yalnız ilk 15 dəqiqədə nəsə etməyə çalışdılar”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail