Baş məşqçiyə 12 aylıq cəza

20.11.2012 | 3065 dəfə oxunub

Bu gün AFFA İntizm Komitəsinin növbəti toplantısı keçirilib. Stadium.az AFFA-nın rəsmi internet saytına istinadən xəbər verir ki, aşağı yaş qrupu üzrə ölkə çempionatları ilə bağlı toplantıda aşağıdakı qərarlar qəbul edilib: 

12 noyabr 2012-ci il "Azercell U-17 Liqa"nın “Gənclik” – “Sumqayıt” matçının 78-ci dəqiqəsində “Sumqayıt” klubunun 17 №-li futbolçusu Bayram Nuruzadə rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).
13 noyabr 2012-ci il "Kapital Bank U-15 Liqa"nın “Bakı” – “Xəzər Lənkəran” matçının 25-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 3 №-li futbolçusu İbrahim Qədirzadə sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
18 noyabr 2012-ci il U-14 Liqasının UGİM (Göygöl) – “Lokomotiv” (Gəncə) matçında UGİM (Göygöl) klubu tam heyətlə iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
18 noyabr 2012-ci il U-14 Liqasının ROİL – “Lokomotiv” matçının 16-cı dəqiqəsində ROİL klubunun 11 №-li futbolçusu Taleh Rzayev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 42.1).
17 noyabr 2012-ci il U-14 Liqasının “Turan” – RİOEUGİM (Ağstafa) matçının 36-cı dəqiqəsində “Turan” klubunun 14 №-li futbolçusu Sərxan Sadiqov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 38.3).
18 noyabr 2012-ci il U-14 Liqasının “Göyçay OK” – UGİM (Ağsu) matçının 30-cu dəqiqəsində UGİM (Ağsu) klubunun baş məşqçisi Cəmil Atakişiyev hakimin qərarına etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır (maddə 62).
18 noyabr 2012-ci il U-14 Liqasının UGİM (Şamaxı) – “Qobustan” matçında UGİM (Şamaxı) klubunun heyətində 2 №-li futbolçu Allahşükür Süleymanov əvəzinə lisenziyası olmayan Fərid Qarayev iştirak etdiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).
17 noyabr 2012-ci il U-14 Liqasının UGİM (Tərtər) – “Ağdam” matçında UGİM (Tərtər) klubunun heyətində Ramil Məmişovun saxta lisenziya ilə iştirak etdiyi aşkar edilmişdir. Futbolçunun iştirak etdiyi bütün oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).
UGİM (Tərtər) klubunun baş məşqçisi Xaliq Abdullayev futbolçuların lisenziyalarını saxtalaşdırıdığı üçün 12 ay müddətinə futbolla bağlı fəaliyyətdən kənarlaşdırılır  (maddə 45).
3 noyabr 2012-ci il U-14 Liqasının “Şirvan” – “Qobustan” matçında “Qobustan” klubunun heyətində 4 №-li futbolçu Cavanşir Aydınovun əvəzinə lisenziyası olmayan futbolçu iştirak etdiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).
17 noyabr 2012-ci il U-14 Liqasının ŞKGB – UGİM (Quba) matçında UGİM (Quba) klubunun heyətində Elmar Məmmədyarov saxta lisenziya ilə iştirak etdiyi aşkar edilmişdir. Futbolçunun iştirak etdiyi bütün oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).
17 noyabr 2012-ci il "Coca-Cola U-13 Liqası"nın Gİİ (Xətai) – “Bakı” matçının matçının 4-cü dəqiqəsində Gİİ (Xətai) klubunun 5 №-li futbolçusu Anar Musayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
17 noyabr 2012-ci il "Coca-Cola U-13 Liqası"nın “Bakı-008” – “Sərhədçi” matçının matçının 33-cü dəqiqəsində “Sərhədçi” klubunun 5 №-li futbolçusu Ənvər Cavadov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
17 noyabr 2012-ci il "Coca-Cola U-13 Liqası"nın “Hövsan OFK” – “Rəvan” matçının matçının 33-cü dəqiqəsində “Rəvan” klubunun 5 №-li futbolçusu Cavid Vəliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
17 noyabr 2012-ci il U-11 Liqasının “Ağstafa Gəncləri” – UGİM (Qazax) matçında “Ağstafa Gəncləri” klubu tam heyətlə iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
17 noyabr 2012-ci il U-11 Liqasının “Naftalan” – UGİM (Tərtər) matçının 29-cu dəqiqəsində UGİM (Tərtər) klubunun 16 №-li futbolçusu Emin Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 37.1).
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail