"Hədəfimiz "Avro-2016"nın final mərhələsidir"
Azərbaycanın futbol üzrə yığma komandası "Avro 2016"-nın final mərhələsinə düşməyi qarşısına hədəf qoyub. Stadium.az Trend-ə istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə AFFA-nın prezidenti Rövnəq Abdullayev bildirib. Abdullayevin sözlərinə görə, yığmaya hazırlıqlarla bağlı xeyli sayda mütəxəssis cəlb olunub.
"Biz yığmaya xeyli sayda gənc futbolçu cəlb etməliyik ki, Fransada keçiriləcək Avropa çempionatının seçmə mərhələsində iştirak etsinlər", - o deyib.
Abdullayev qeyd edib ki, növbəti Avropa çempionatının final mərhələsində 24 komanda iştirak edəcək, bu da Azərbaycana həmin turnirə düşmək üçün əlavə şans verir.
2012-ci il dünya çempionatının seçmə mərhələsində sonuncu görüşlə bağlı fikirlərini bölüşən Abdullayev qeyd edib ki, Azərbaycan yığması Şimali İrlandiya ilə görüşdə gözəl oyun nümayiş etdirdi. "Biz bir neçə dəfə bu yığma ilə qarşılaşıb uduzmuşduq, bu dəfə isə heç-heçəyə nail olduq. Lakin bu heç-heçə də bizi məyus etdi, çünki qalib gələ bilərdik", - o deyib.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |