Aleks: "Fənərbaxça" qalib gələndə indi azarkeş kimi çox sevinirəm" Müsahibə

04.12.2012 | 2662 dəfə oxunub

Aleks De Souzanın "Fənərbaxça"dan ayrılmasından iki ay ötsə də, braziliyalı futbolçu qardaş ölkədə hələ də əsas müzakirə mövzularından biridir. Çoxları onun gedişinin doğru olmadığını düşünür. Lakin söylənilənlərə baxmayaraq, Aleksin həyatında artıq yeni səhifə açılıb.

"Lig TV"nin əməkdaşı Braziliyaya yollanaraq, hazırda "Koritiba"nın şərəfini qoruyan De Souzadan müsahibə alıb. Həmin müsahibəni bəzi ixtisarlarla təqdim edirik:  

- Braziliyada həyatın necə keçir? Geridə qalan bir neçə ay ərzində vətəninə öyrəşə bilmisən?

- Bəli, öyrəşmişəm. İlk həftə bir az qarışıq keçdi. Başımız köçməyə, ev işlərinə qarışdı. Artıq Braziliyaya 2 aydır ki, qayıtmışam. Yavaş-yavaş hər şey qaydasına düşür. Heç bir problem yoxdur, hər şey yaxşıdır. 

- Ailən - həyat yoldaşın, uşaqların Braziliyaya adaptasiya ola biliblər?

- İlk əvvəl bir qədər çətinliklə üzləşdilər. Çünki Braziliya və Türkiyədəki gündəlik həyat arasında böyük fərq var. Amma zaman keçdikcə, onlar da çətinlikləri arxada qoydular. Hazırkı mühitə artıq tam adaptasiya olduqlarını söyləyə bilərəm. Mən isə hər gün məşqlərdəyəm.  

- Türkiyədə ən çox müzakirə olunan isimlərdən biri də oğlun Felipedir. Bundan xəbərin var?

- Xeyr, bu haqda məlumatsızam. Burada Türkiyədə olduğu qədər müzakirə mövzularından xəbərdar deyiləm.

- Felipenin Türkiyədən bir sıra istəklərini olduğu deyilir...

- Onun heç 2 yaşı tamam olmayıb. Hələ heç nədən xəbəri yoxdur. 2 yaşlı uşaq başverənlərdən bizim kimi xəbər tuta bilməz. 

- "Koritiba" ilə müqavilə imzaladıqdan sonra həyatından məmnunsan?

- "Fənərbaxça"dan ayrılmağım bir qədər qarışıq oldu. Amma "Koritiba" ilə müqavilə imzaladığım üçün çox şadam.

- "Fənərbaxça"nın çıxışını yaxından izlədiyini bilirik. Komandanın hazırkı durumunu necə dəyərləndirərdin?

- Komandanın matçlarını izləmədiyim üçün sərgilənən oyun haqda konkret söz deyə bilmərəm. Amma nəticələrdən xəbərdaram. Bir azarkeş kimi komanda yaxşı nəticə qazananda mən də çox sevinirəm.

- "Marsel"lə oyunda Bekirin qol vurmasından xəbərdarsan. Çünki bunu tvitterində də qeyd etmisən. Həmin qolu çoxmu bəyəndin?

- Bayaq da dediyim kimi, "Fənərbaxça"nın oyunlarını tam olaraq izləyə bilmirəm, amma qollara sonradan baxıram.

- O qolu izləsən və fərqlənənin kim olduğunu bilməsən, qol vuranın Bekir olduğunu təxmin edə bilərdin?

- Qol künc zərbəsindən sonra vurulduğunu nəzərə alsam, təxmin edə bilərdim, Amma anlamadığım odur ki, insanlar bu tip qollara nəyə görə bu qədər böyük önəm verirlər? Bu cür qollar çox şişirdilir. Halbuki başı üzərindən aşırma zərbə vurmaq futbolçu üçün son ümid yeridi. Amma istənilən halda, Bekirin adına çox sevindim.

- Avroliqadakı oyunlar haqda nə deyə bilərsən?

- Təbii ki, komandanın inamlı çıxışı məni çox sevindirir. "Fənərbaxça" hazırda çox yaxşı futbolçulardan qurulmuş əla bir kollektivdir. Təbii ki, bir azarkeş kimi komandanın yaxşı nəticələr qazanması məni sevindirir. "Fənərbaxça"nın yer aldığı qrup heç də zəif deyildi. Buna baxmayaraq, ilk turlardan gözəl oyun sərgiləyən "Fənər" sona 1 tur qalmış layiq olduğu yeri özü üçün təmin etdi. İnanıram ki, play-offda da adlarına yaraşan şəkildə mübarizə aparacaqlar.  

- "Fənərbaxça"dan fərqli olaraq yeni klubunun hazırkı durumu heç də ürəkaçan deyil. Bu haqda nə düşünürsən?

- Sona 2 tur qalmış vəziyyətimiz çətin idi. Son turda da "Kruzeyro"ya uduzduq. Buna baxmayaraq, digər komandalar da xal itirdi və bizim üçün təhlükə sovuşdu. Əvvəlcədən Allaha dua edirdim ki, aşağı liqaya düşməyək. Çox sevinirəm ki, istəyim yerinə yetdi və "A" seriyasındakı yerimizi qoruduq. İnanıram ki, yanvardan etibarən heyətimiz daha da güclənəcək və daha yüksək yerlər uğrunda mübarizə aparacağıq.

- Düzdür, "Koritiba" yüksək liqada yerini qorudu. Amma bu baş verməsəydi, komandanı tərk edərdin? Yoxsa qalıb, "B" seriyasında da "Koritiba"nın şərəfini qoruyardın?

- Mən "Koritiba" ilə müqaviləyə imza atmışam. Bu kluba da ürəkdən bağlıyam. Hər klubda olduğu kimi, "Koritiba"da da müqaviləmin sonuna kimi çıxış etmək istəyirəm. Komanda mənə "get" deməyənə qədər, "Koritiba"da qalacağam

- 8 il öncə ayrıldığın şəhərə plakatlarla, azarkeşlərin sevgisi ilə qayıtmaq hər kəsə nəsib olmur. İstanbuldan çox məyus ayrıldığını bilirik. Bəs Koritibada azarkeşlər səni böyük sevgi ilə qarşılayarkən nə hisslər keçirdin?

- Bu mənə də çox maraqlı gəldi. 24 saat ərzində çox fərqli duyğular keçirdim. Türkiyədən ayrılarkən keçirdiyim hisslərlə Braziliyada insanların məni sevgi ilə qarşılaması zamanı yaşadığım hissləri müqayisə etmək belə çətindi. Bu, tam fərqli şeylərdi. Təbii ki, bu cür qarşılanmağım mənim üçün də sürpriz oldu. 

- Türkiyə üçün çox darıxırsan?

- 8 il öncə Türkiyəyə gedərkən də eyni hissləri yaşamışdım. Braziliya üçün darıxmamaqdan ötrü bu haqda fikirləşməməyə çalışırdım. İndi də eyni hərəkəti burada təkrarlamamağa çalışıram. Düzdür, İstanbul üçün çox darıxıram. Amma bu haqda düşünməməyə çalışıram. Fikrimi gündəlik həyatıma və dostlarıma yönəltməyə çalışıram. Əgər duyğusal olsam, o zaman bu işimə mane olar.

- Türkiyədə olarkən bizim dili demək olar ki, tam öyrəşmişdin. İndi vətənində doğma dilində danışmaq sənə çətinlik yaratmır ki? 

- Təbii ki, indi vətənimdə olduğum üçün əsasən doğma dilimdən istifadə edirəm və heç bir problemim yoxdur. İnsanın öz doğma dilini unutması qeyri-mümkündü. "Fənərbaxça"da olarkən həmyerlilərimlə öz dilimizdə ünisyyət qururduq. Amma mən Türk insanını çox sevirəm. Onlara qarşı olan sevgim heç vaxt azalmayacaq. Mən yarı türk, yarı braziliyalıyam və öləndə də belə olacaq.

- Yaxın zamanlarda planında İstanbulu zayirət etmək varmı?

- Hazırda bu haqda düşünmürəm. Sözün açığı, Türkiyədə indi havalar çox soyuqdur və şaxta ilə qarşılaşmaq istəmirəm. Yay aylarında isə burada çempionatın qızğın vaxtı olacaq. Bu səbəbdən də Türkiyəyə nə vaxt gələcəyimi dəqiq deyə bilmərəm.

- 3 həftə sonra Alekssiz bir derbi izləyəcəyik. Bu haqda nə söyləyə bilərsən?

- "Fənərbaxça" - "Qalatasaray" derbisinin nə məna verdiyini hamımız çox gözəl dərk edirik. Həmin matçda gərgin mübarizə olacaq. Düşünürəm ki, komandaların xalları arasında həmin oyunadək fərq elə də çox olmayacaq. Bu səbəbdən də amansız mübarizənin gedəcəyinə əminəm. Mənim düşüncəm isə yalnız qələbədir. "Fənərbaxça" hətta səfərdə belə oynayanda sabiq komandamdan yalnız qələbə gözləyirəm

- Türkiyədə sənin üçün çox darıxan və hələ də etdiklərini müzakirə edənlər var. Buradan Türkiyəyə, "Fənərbaxça"lı azarkeşlərə və türkiyəli futbolsevərlərə nə demək istəyirsən?

- Onlara böyük təşəkkür edirəm. Türk xalqına hər zaman minnətdar olacağam. İlk gündən etibarən məni çox yaxşı qarşıladılar, hər zaman mənə qarşı yaxşı davrandılar və mən də onları çox sevirəm.

- Türkiyədə ən çox nəyi özlədin?

- Türkiyədə çox gözəl 8 il keçirdim. Bu səbəb də sizin sualınıza dəqiq cavab verə bimərəm. Əgər nəyinsə və ya kiminsə adını çəksəm, başqalarına qarşı haqsızlıq etmiş olaram.

- Rionu çox da sevmədiyini bilirik. Bunun səbəbi nədir?

- Bəli, Riodan xoşum gəlmir. Bəlkə də bu "Flamenqo"dakı karyeramın pis alınmasından irəli gəlir. Rio gözəl və maraqlı, tarixi yerləri olan bir şəhərdi. Amma mənim oradakı tarixim ürəkaçan səviyyədə olmadığı üçün Rio ilə aram yoxdu.

- Bəs, Rio gözəldir yoxsa İstanbul?

- Müqayisə etsək, ortaya gözəl rəqabət çıxar. Amma şəxsi seçimim İstanbuldur.

- Kruzeyro yoxsa, İstanbul?

- Şübhəsiz, İstanbul.

"Het-trik news" qəzeti 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail