Böyükağa Hacıyev: "Bizim məşqçilər bunu təkrar eləsə..."

06.12.2012 | 6216 dəfə oxunub

Sabah Avroliqanın qrup mərhələsinin sonuncu turu çərçivəsində səfərdə "İnter"in qonağı olacaq "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Milanda mətbuat konfransı keçirib. Stadium.az xəbər verir ki, təcrübəli mütəxəssisilə yanaşı mətbuat önünə "ağ-qaralar"ın müdafiəçiləri Tərlan Quliyev və İqor Mitreski də çıxıb. Böyükağa Hacıyevin fikirlərini təqdim edirik: 

- Mətbuat konfransında iştirak etmək üçün seçdiyiniz futbolçular müdafiəçilərdir. Bu, sabahkı oyun tərzimizin, daha çox çüdafiə olunacağımızım göstəricisidir?

- Əvvəla, hamınızı, İtaliya xalqını salamlayıram. Bir şeyi unutmayın ki, bu futbolçuların burda olmağı təsadüfi deyil. Mən Tərlana gənc futbolçu kimi böyük ümidlərlə yanaşıram. Ola bilər ki, ona dünən inanmırdım, ancaq bu gün inanıram. Quliyev ağır yükü daşımağa hazırdır. İqor gözəl futbolçu, gözəl insandır. Mən heç vaxt müdafiədən oynamamışam, oynamayacağam. Nə qədər nəfəsim gedib-gəlir, belə olacaq. Mən həmişə baxımlı oyuna üstünlük vermişəm. Son turda “Qarabağ” uduzsaq da, yenə oyun üslubumuza sadiq qaldıq. 

- Çox yaxşı haldır ki, “İnter”lə kimi güclü komandaya qarşı oynasanız, nikbinliyi saxlayırsınız. Ancaq bu, əvvəlki rəqiblər kimi deyil. Real baxsaq, “Neftçi” sabahkı oyuna nəyə ümid edir?
- Bir şeyi ümid etməyək ki, Allah insanlara potensialı eyni cür verir. Bir düşünən beyin, ürək, iki qol, iki ayaq. Mən başa düşmürəm ki, “İnter”in bizdən nəyi fərqlidir? Düzdür, İtaliya futbol ölkəsidir. Ancaq biz Azərbaycandan gəlmişik və öz mentalitetimiz var. Mən desəm ki, burdan xal aparacağıq, şübhə ilə yanaşacaqsınız. İnanmırsansa, niyə mənimlə bura gəlmisiniz? Onu sizə deyirəm ki, “Neftçi” “İnter”lə matçda ən gözəl oyununu oynayacaq. Bununla da futbolumuzun inkişafda olduğunu göstərəcək. Biz etimadını yerə vurmarıq. İnam qarşılıqlı olmalıdır. “İnter”də ulduzlar oynayır, dünyanın 10 ən güclü klublarındandır. Bizdə isə gənc futbolçular oynayırş Niyə onları Azərbaycanda qiymətləndirmirlər? Mən dekabrın 25-dən sonra klubların kimlərlə maraqlandığını açıqlayacağam. İndi açıqlaya bilmərəm. Çünki bizdə burun qaldırmaq söhbəti var. Gənc futbolçularımız pisdirlərsə, niyə onlarla maraqlanırlar? Artıq naftalin iyini gələn futbolçular qurtarmaq, gənclərə güvənmək lazımdır. “Neftçi” sabah sensasiya edə bilər.

- Bizim üçün turnir yekunlaşır. Hesab edirsiniz ki, siz yarışı qalib yoxsa, məğlub tərk edirsiniz? “Neftçi”nin 2 xal qazanmağı Azərbaycanda birmənalı qarşılanmır...
- Həyatda bu qiyməti sizlər verirsiniz. Mən özüm-özümə qiymət verməyi xoşlamıram. Mən elə kateqoriyalı məşqçiyəm ki, ya zirvəyə vuruşuram, ya da ümumiyyətlə, vuruşmuram. Biz Azərbaycanda tikilən futbol evinə sonuncu kərpici qoymuşuq. Qoy azərbaycanlı məşqçilərə bu, qismət eləsin, əcnəbilərə yox. Mənim işim birmənalı qarşılana bilməz, bu, təbii haldır. Hamı məni sevə bilməz. Sevənləri və sevməyənləri də bağrıma basıram. Mən düzgün tənqiddən ötrü ölürəm və bundan nəticə çıxartmağa çalışıram. Həyatdır, 3-5 il də yaşasaq, yenə tarixi uğurlara imza ataq. Bizim məşqçilər bunu təkrar eləsə, həmin gün 2 qurban kəsərəm.

- Qrupdakı 5 oyunu təhlil edəndə, fikirləşirsiniz ki, bu oyunda başqa futbolçunu qoysaydınız, nəticə fərqli ola bilərdi?
- Bunun günahkarı bilavasitə mənəm. Nə klub prezidentidir, nə də başqa şəxslər. Mənə dedilər ki, APOEL-lə oyunda sonra təcili transferlər edək. Ancaq gec idi. Qapalı olan sandığı aça bilmərəm. Mənim əlimin altında 3 futbolçu – müdafiəçi, yarımmüdafiəçi, hücumçu olsaydı, tam fərqlim çıxış edə bilərdik. Mənə kəmiyyət yox, keyfiyyət lazımdır. Yeni futbolçuların komandaya uyğunlaşmağına 5 ay vaxt gərəkdir. Mövsüm bitəndən sonra komandamızda 10 futbolçu dəyişilib, ancaq bu, nəticəyə təsir etmədi. Gələn məşqçilər iddia qaldırır ki, mənə 3 il vaxt verin. Mən 3 ay vaxt istəmişdim. “Neftçi”də 10 nəfər dəyişir və komanda qrupa düşür. Bu, tək mən işim deyil. Bunun 1 nömrəli memarı klubumuzun prezidenti Sadıq Sadıqovdur, sonra digər instansiyalardır. “Neftçi”nin uğurunda qapıda duran mühafizəçidən, xadimədən tutmuş hamının əməyi var. Mən çalışdım, ancaq buna insan gücü qadir deyildi. Sadəcə, fərqli nəticə ola bilərdi. Ancaq mən səhv etmək istəmədim. Leninin yalnız bir düzgün kəlamı var. Axmaq o demək deyil ki, səhv eləmir. Axmaq odur ki, bir səhvi ikinci dəfə təkrar edir.

- “İnter” “Neftçi” ilə gənc futbolçulara oynayacaq. Onları təhlil etmək çətindir. Bu, çətinlik yaratmır?
- Biz fərq etmir. Kassano, Milito, Kambyasso, Koutinyo da çıxsa, öz oyunumuzu oynayacağıq. Biz rəqib üzərində taktika qurmuruq. Çalışırıq ki, rəqib bizim üzərimizdə taktika qursun. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail