Karlo Ançelotti: “Milan”la finalda qarşılaşacağıq” Müsahibə

19.12.2012 | 3135 dəfə oxunub

PSJnin baş məşqçisi Karlo Ançelotti bu günlərdə La Gazzetta dello Sporta müsahibə verib. Təcrübəli mütəxəssis müsahibəsində Fransadakı problemlərindən, Zlatan İbrahimoviçlə fəxr etməsindən Çempionlar Liqasının finalındaMilanla qarşılaşmaq arzusundan söz açıb.

Mənim təbriklərimi qəbul edin. “PSJsizin rəhbərliyiniz altında Çempionlar Liqasında qrup qalibi oldu. Bütün çətinliklərə baxmayaraq, siz öz vəzifəsinizi hələ ki qoruyub, saxlamasınız. Parisdə bunu etmək heç asan deyil. Axı tarix boyu boyu bir çox sərkərdələr belə oradan məyus ayrılıblar.

Zarafat etməyin, mən heç vaxt qovulmaqdan qorxmamışam. Sadəcə olaraq, cari mövsüm hər kəsPSJdən böyük uğurlar gözləyir. Bu səbəbdən bizim komandamız daim diqqət mərkəzində olur hamı tərəfindən müzakirə olunur. Məhz buna görədir ki, komanda 1-2 oyun uğursuz çıxış edən kimi mənim qovulmağım gündəmə gəlir. Halbuki deyilənlərin hamısı yalandı.

Amma qədər olsa, ərəblər sizdən razı deyillər...

Məgər siz düşünürsünüz ki, mən özüm indiki durumdan razıyam?

Təbii ki, siz razı deyilsiniz. Amma geridə qalan müddət ərzində yəqin ki, klub rəhbərliyi ilə aranızda fikir ayrılığı yarandığı vaxtlar da olub.

Klub rəsmiləri heç vaxt mənim işimə qarışmırlar. Həmçinin klubun direktoru postunu tutan Leanardo ilə əla münasibətlərimiz var. Mən , o da hər zaman düşünürüksə, onu da deyirik. Çox təəssüflənirəm ki, çempionatda xeyli xal itkisinə yol vermişik. Amma hələ qarşıda xeyli oyun var. Qələbələri sıralayacağımız halda, zirvəyə qayıtmaq çətin olmayacaq. “Liondan cəmi 5 xal geri qalırıq ki, bunu da faciəyə çevirmək lazım deyil.

Ümumiyyətlə, komandanızda ən böyük problem nədədir?

İndiki durumda əsas problem komanda ruhunun olmamasıdır. Bizdə məhz bu məqam çatışmır. Komanda ruhu olmadan böyük kollektiv yaratmaq qeyri-mümkündü. Çünki hər bir komandanın pis yaxşı dövrü olur. Komanda ruhu da çətin məqamlarda üzə çıxır.

Çətinliklər komandanın taktikaya uyğunlaşa bilməməsindədir, yoxsa əhval-ruhiyyədə?

Həm bu, həm digərində. Amma bu məqamlar məni zərrə qədər qorxutmur. Mən daim mübarizə aparmağa öyrəşmişəm. Karyerama diqqət yetirin özünüz hər şeyi başa düşəcəksiniz. Redco-Emiliyada çalışarkən məşqçiliyə təzə başlayırdım. Artıq iki aydan sonra məni istefaya göndərmək istəyirdilər. Amma yekunda mən kiçik komandanıAseriyasına yüksəltdim. “Parmada olarkən mətbuat dekabrda qovulacağımı yazırdı. Yekunda gümüş medal qazandıq. Hətta Milanda olarkən belə, yaxşı komanda qurmaq üçün mənə müəyyən vaxt lazım gəldi. Güclü komanda formalaşdırmaq üçün vaxt lazım olduğunu demək belə mənasızdır. Çünki normal insanlar başa düşürlər ki, 1 günün, 1 ayın içində yaxşı komanda qurmaq mümkünsüzdür. YaydaPSJ 15 yeni futbolçu qoşuldu. Bir-birləri ilə tanış olmaq üçün məgər onlara vaxt vermək lazım deyil?

Sualı pis başa düşməyin, amma bunu soruşmalıyam. Puldan başqa sizə maraqlıdı?

Mənim arzum ambisiyalı proektləri həyata keçirməkdi. “PSJzəngin tarixə malik deyil. Bu səbəbdən Mən Parisdə tarix yazmaq istəyirəm. Komanda ilə birgə vacib titullara sahib çıxmaq istəyirəm. Eyni zamanda Fransa paytaxtındakı həyatımdan da məmnunam. Bir sözlə, burada məni hər şey qane edir.

Deməli, sizPSJ qalmaqda israrlısınız?

Əlbəttə, nəticələr imkan versə, mən burada qalacağam.

Bəs, ərəblər bu haqda deyirlər?

Onların nəsə deməyi artıqdı. Mən qarşıma hansı məqsəd qoyulduğunu bilirəm. Mütləq çempion olmalı Çempionlar Liqasınqa mümkün olduğu qədər irəliləməliyik.

Amma sizin qalmaq istəyinizə baxmayaraq, Maurinyo bu günlərdəPSJni çalışdıra biləcəyini istisna etməyib.

Ona əhsən deyirəm. Bu haqda məlumatım var. Amma mən onun əsl sifətini tanıyıram, bu səbəbdən onun dedikləri məni zərrə qədər narahat etmir.

Deyirlər ki, “Realı çalışdıracaqsınız. Madriddə işləmək istəyirsiniz?

Orada çalışmağı kim istəməz ki?

AmmaPSJ axı siz heç qazanmamısınız?

Orası elədir, amma imkan verin bir qədər fərəhlənim . Çempionlar Liqasında əla çıxış edirik. Qrupda birinci yeri tutmaqla 1/8 finala yüksəldik. Bizim müdafiə xəttimiz əla oynayır. Biz qrup mərhələsində öz qapımızdan cəmi 3 qol buraxdıq. Eləcə yalnızRealBavariyabizdən daha çox qol vurdular. Uyğun olaraq 15 14.

Sizi ancaq Çempionlar Liqası maraqlandırır, düzdür?

Bu ən vacib turnirdir. Mənim avtobioqrafik kitabımda qeyd olunduğu kimi mən kuboklara üstünlük verirəm. Elə indinin özündə bu kuboku qazanmağımız əla olardı. Əsas məqsədimiz bu turnirdə mümkün qədər çox uzağa getməkdi.

Çempionlar Liqasının 1/8 final mərhələsində rəqib qismində hansı komandanı görmək istərdiniz?

– “Milandan başqa istəniləni.

Niyə məhzMilandan başqa?

Çünki mənrossenyerlər finalda qarşılaşmaq istəyirəm.

Sizcə, bu realdı?

Sizi əmin edirəm ki, bu qeyri-real arzu deyil.

Axı sabiq komandanız indi əvvəlki kimi əzəmətli deyil?

– “Milanhələ öz sözünü deyəcək. Bu ili kimlərsəMilanüçün keçid dövrü hesab edir. Amma istənilən halda, “MilaneləMilan. Komandanın hazırkı durumu Əl-Şaaravinin istedadına real qiymət vermək imkanı yaratdı. “Milanın parlaq gələcəyi Əl-Şaaravi De Şilodur. Onlara yalnız əhsən deyə bilərəm. Hər iki futbolçunu böyük gələcək gözləyir.

– “Yuventusİtaliyanın ən güclü klubu olaraq qalır, elədir?

, “Yuvehazırda qeyri-şərtsiz İtaliyanın ən güclü klubudu. Amma Çempionlar Liqası turinlilərdən xeyli enerji alır. Bu səbəbdən Yuventusun əsl gücü yazda bilənəcik. Həmin vaxt görəcəyik ki, “Yuventusun yanacağı qədərdi: tam dolu, yarımçıq, yoxsa ümumiyyətlə boşdu...

Skudetto uğrundaYuventusa əsas rəqib qismindəı hansı komandanı görürsünüz?

Məncə, “Yuve ən çox müqavimət göstərə biləcək rəqibNapolidi. “İnterin isə heyətində ciddi dəyişikliklər oldu, bu səbəbdən komanda hələ ki gücünün 100 faizini meydanda qoya bilmir. Eyni zamanda yeni oyunçuların çoxluğu da öz təsirini göstərir. Amma onları yaxşı başa düşürəm. Çünki mənim  komandam da eyni problemləri yaşayır.

Bəs, bu problemləri necə yoluna qoymağı planlaşdırırsız?

Çətinliyi yalnız işləmək açıq dialoqla yoluna qoymaq olar. Mən hər zaman da məhz belə edirəm.

Deyilənə görə, fransız futbolçular sizə qarşıdırlar. Çünki siz onları meydana buraxmırsınız. Bu düzdür?

Bu qəzetlərin yazdığı uydurmadan başqa bir şey deyil. HazırdaPSJnin paltardəyişmə otağında normal atmosfer var. Hər kəs rahat nəfəs alır. İndiki halda meydanda kimin çox, kimin az oynaması önəmli deyil. Hazırda bizim üçün iki prioritet mövzu var: nəticə qazanmaq yenilərin komandaya tam uyğunlaşması.

Düzdür ki, Pastore artıq transferə çıxarılıb?

Bu da mətbuatın daha bir səhvi. Sizə dedim axı, jurnalistlərin bəziləri istəyirlər, onu da yazırlar. Əvvəlki müsahibələrimin birində demişdim, indi təkrar edirəm, yanvarda heç bir futbolçuPSJni tərk etməyəcək. Düzdür, Pastorenin işləri yolunda getmir. Amma unutmaq lazım deyil ki, o çətin bir dövrü geridə qoyub, indi-indi özünə gəlir. Bu səbəbdən optimal formadan uzaq olduğu üçün onu qınaya bilmərəm. Həm o özünəinamını itirib ki, bu da böyük amildir. O komandaya daha çox fayda verəcəyini düşünürdü. Lakin  oyunu istədiyi kimi alınmadığından məyusluq yaşadı. Amma artıq hər şey qaydasındadı. İndi hər şeyə yenidən başlayıb.

Bəs De Rossinin yanvarda sizin komandanıza qoşulacağı dərəcədə düzgün informasıyadır?

– (gülür) Dedim axı, bəzi jurnalistlər ürəklərindən keçir, onu da yazırlar. Xeyr, De Rossi yanvarda bizə qoşulmayacaq. Əvəzində Lukas artıq sərəncamımda olacaq. O çox istedadlı futbolçudur. Cəmi 20 yaşı olsa da, fiziki cəhətdən çox güclüdür. Tam səmimi deyirəm ki, Lukasa böyük ümidlər bağlamışam. Onun cəmi 20 yaşında olması da inamımı azaltmır.  

olsa axı sizin komandanıza yarımmüdafiəçi lazımdı?

Bunu kim deyir? Başa düşə bilmirəm, komandanın baş məşqçisi mənəm, yoxsa mətbuat? Mən deyirəm ki, lazım deyil, vəssəlam. Bizim Tyaqo Motta kimi futbolçumuz var. O heyətə geri döndükdən sonra hər şey qaydasına düşəcək. Bu zaman mən meydanın mərkəzində artıq 3 yarımmüdafiəçinin xidmətindən yararlana biləcəyəm.

Bu qədər yalan informasıya. Narahat deyilsiz?

Əsla! Ətrafdakıların bizim komanda haqda dedikləri, kimiaparıb”, kimigətirdiklərimənim üçün zərrə qədər önəmli deyil. Biz öz işimizə baxırıq.

Keçək İbrahimoviçə. Onunla aranız necədir?

Əla. İbra məni öz oyununa heyran edir. Mən əvvəllər onunla birgə çalışmayanda da futbolçu kimi onu tanıyır fəxr edirdim. İndiki halda isə mən onu təkcə futbolçu yox, həm lider, paltardəyişmə otağında havanı müəyyənləşdirən oyunçu kimi tanıyıram. Etiraf edim ki, bu məqam da mənim üçün sürpiz oldu. İbrahimoviç özü məhsuldarlıq nümayiş etdirməklə yanaşı, komanda yoldaşlarına da xeyli məhsuldar ötürmə verir. Müasir futbolda İbrahimoviç kimi hücumçu tapmaq heç asan deyil. Çünki onun üçün topdan ayrılmaq problem deyil. İndi bəzi forvardlarda eqoistlik yaranıb. Komanda yoldaşları əlverişli mövqedə olarkən belə, onlar ötürmə vermir, özləri fərqlənməyə çalışırlar. Amma İbra əsla belə deyil. Onun üçün əsas olan komandanın uğurudur. Tabloda kimin adının yazılması isə Zlatan üçün böyük əhəmiyyət kəsb etmir. Mən bir çox böyük hücumçularla birgə çalışmışam. Çəkinmədən deyirəm ki, İbrahimoviç nadir tapıntıdı.

"Het-trik news" qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail