"Hələ görüləcək çox işimiz var" Müsahibə

24.12.2012 | 3024 dəfə oxunub

Portuqaliya Futbol Federasiyasının prezidenti Fernando Qomeşin affa.az saytı üçün eksklüziv müsahibəsi
 
2012-ci ili başa vurmaq üzrəyik. Yeni il əhval-ruhiyyəsinin təsiri altında ilk sualımız belədir: 2013-cü ildən - xüsusən də futbolla bağlı - nə gözləyirsiniz?
- Portuqaliya Futbol Federasiyasının prezidenti kimi fəaliyyətimin ilk ilini başa vurmuşam və qeyd etməliyəm ki, futbolla bağlı nəzərdə tutduğumuz planları gerçəklişdirmək üçün hələ görüləcək çox işimiz var. Beynəlxalq aləmdə əsas hədəfimiz, sözsüz ki, 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının seçmə mərhələsində uğurla çıxış etməkdir. Lakin hesab edirəm ki, rəqiblərimizin səviyyəsini nəzərə alsaq, bu, asan olmayacaq.
 
- Azərbaycan milli komandası barədə nə deyə bilərsiniz?
- Azərbaycan millisi hər mövsüm daha da püxtələşir və deyərdim ki, bizim komanda və eləcə də F qrupundakı digər rəqiblərlə keçirdiyi son oyunlar DÇ-2014-ün seçim mərhələsində bu komanda ilə hesablaşmaq lazım olduğunu bir daha sübut etdi. Mən oyunçular arasında olan həmrəyliyi və birgə oyun tərzini yüksək dəyərləndirirəm və hesab edirəm ki, bu komandanıza gələcəkdə daha yaxşı nəticələr əldə etməyə kömək edəcək.
 
- Ümumilikdə, DÇ-2014-ün seçmə mərhələsində keçirilən oyunların nəticələrini necə dəyərləndirərdiniz?
- Etiraf etmək lazımdır ki, bəzi nəticələr tam bizim istədiyimiz kimi olmadı və hazırda F qrupunda üçüncü mövqedə yer almışıq. Seçmə mərhələdə bizi daha 6 oyun gözləyir və hesab edirəm ki, hazırkı 2 qələbə, 1 bərabərlik və 1 məğlubiyyətlə biz sonrakı nəticələrin daha yaxşı olmasını gözləyirik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail