Qaliblər mükafatlandırılıb

24.12.2012 | 3064 dəfə oxunub

AFFA-nın dəstəyi, İctimai Futbol Təşkilatları İctimai Birliyinin təşkilatçılığı ilə dövlət və özəl müəssisələr arasında keçirilən Futbol Liqası başa çatıb. Stadium.az xəbər verir ki, AFFA-nın Futbol Akademiyasının meydançasında keçirilən son 3 qarşılaşmadan sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib. Turnirin builki qalibi Embawood komandası olub. İkinci pilləni Comp US və HP, üçüncü yeri isə AFB Bank tutub. Hər üç komandaya kubok, eləcə də müxtəlif nominasiyalar üzrə fərqlənən oyunçulara diplomlar təqim edilib. Bundan başqa, Futbol Liqasının qalibinə 2000, ikinci pillənin sahibinə 1500, üçüncü yeri tutan komandaya isə 1000 manat məbləğində mükafat verilib. Komandalara kubok və mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, İctimai Futbol Təşkilatları İctimai Birliyinin prezidenti Elxan Tağızadə, “Qarabağ” klubunun və Azərbaycan yığmasının hücumçusu Rauf Əliyev təqdim edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail